Azərbaycanda orta məktəblər fiberoptik kabellə internetə qoşulacaq
Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdirilması idarəsi orta məktəblərin yüksəksürətli internet şəbəkəsinə qoşulması, koronavirus pandemiyası dövründə şagirdlərin distant təhsilə cəlb olunması məqsədilə məktəblərin fiberoptik kabellə təmin edilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
ENA.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “AzEduNet” MMC-dir.
Qalib şirkətə 5 milyon manat ödəniləcək.