Vakansiyalar

Prior Leasing filial müdiri axtarır - MAAŞ 1500 AZN+BONUS

Şirkət: Prior Leasing Company
Vəzifə: Filial müdiri (Şəmkir)

Vəzifə öhdəlikləri:

- Filialın fəaliyyət dairəsinin genişləndirilməsi, yeni müştərilərin filiala cəlb olunması,prosedurların tələblərinə müvafiq yüksək keyfiyyətli xidmət göstərilməsini təşkil, nəzarət və təmin etmək və bu sahədə təkliflər vermək.
- Filialda birbaşa marketinq tədbirlərini təşkil etmək, bu tədbirlərin səmərəliliyinin yüksəldilməsi ilə bağlı təkliflər vermək.
- Fəaliyyət göstərdiyi filial tərəfindən biznes proseslər, müştəri məmnunniyyəti və digər keyfiyyət standartlarının düzgün və səmərəli formada tətbiq edilməsini təmin etmək.
- Filialda müştəri xidmətlərinin keyfiyyətinin yüksək səviyyədə olmasını təşkil etmək.

Namizədə dair tələblər:

- Ali təhsil: satış, biznesin idarə edilməsi və s.
- 3 il eyni vəzifədə təcrübə
- Sürücülük vəsiqəsi
- Dil bilikləri: Azərbaycan dili
- Kompüter bilikləri: MS Office

İş şərtləri:

Ünvan: Şəmkir şəhəri
Ə/h: 1500 AZN + bonus

Maraqlanan namizədlər mövzu yerində “Filial müdiri (Şəmkir)” yazmaqla öz CV-lərini hr@priorleasing.az ünvanına göndərə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department