Rəsmi

Səbail Rayon İcra Hakimiyyətində - YENİ TƏYİNAT

 Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyətində Hüquq şöbəsinin müdiri Maşallah Ələkbərov vəzifəsindən azad edilib.

"BI" xəbər verir ki, bununla bağlı rayon icra hakimiyyətinin başçısı Vüqar Zeynalov əmr imzalayıb.

Eləcə də bax: Bakı Şəhər İcra Hakimiyyətinin üç vəzifəli əməkdaşı işindən - AZAD EDİLDİ

V.Zeylanovun imzaladığı digər əmrlə icra hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə Suğra Məmmədova təyin edilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin bu ilin oktyabrın 30-da imzaladığı sərəncama əsasən, Vüqar Zeynalov Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)