Sığorta

"AXA Mbask" Azərbaycandakı səhmlərini dövriyyədən çıxardı

Könüllü ləğv olunma prosesində olan "AXA Mbask" sığorta şirkəti səhmlərinin dövriyyədən çıxarılması barədə elan edib.

"Vergilər" qəzetinin saytında dərc olunan şirkətin elanında qeyd olunur ki, səhmlərin dövriyyədən çıxarılması barədə qərar sığortaçının səhmdarlarının ümumi yığıncağında qəbul olunub.

Bu qərara əsasən,nominal dəyəri 382 manat olan 53,754 min ədəd səhm (20 milyon 534,028 min manat məbləğində) dövriyyədən çıxarılır.

Xəbər verildiyi kimi, “AXA Mbask” sığorta şirkəti 1992-ci ildə yaradılıb. Şirkətin yeganə səhmdarı İspaniyanın “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros” şirkətidir. Nizamnamə kapitalı 23 milyon 933,828 min manata bərabərdir. 2020-ci ilin dekabr ayında Azərbaycan Mərkəzi Bankı “AXA MBASK”ın tənzimləyiciyə müraciəti əsasında sığorta fəaliyyəti üçün lisenziyasını ləğv edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)