Yaponiyada Azərbaycan məhsullarının satış mərkəzi açılacaq
“Hazırda Azərbaycandan Yaponiyaya fındıq, şərab və zeytun yağlar ixrac edirik”.
Bunu Yaponiyanın TET Beynəlxalq İnkişaf Şirkətinin prezidenti Taro Savada San Bakıda keçirilən Azərbaycan-Yaponiya İnvestisiya Forumunda deyib.
Onun sözlərinə görə, Azərbaycan məhsullarının satışı Yaponiyanın "E.commerce" saytı vasitəsilə həyata keçirilir.
“Biz rəsmi olaraq Azərbaycan məhsullarını Yaponiyaya ixrac edən ilk şirkətik. Tokioda Azərbaycanın satış mərkəzini açmağı planlaşdırırıq", - o qeyd edib.
Yapon investorların təsis etdiyi “TET International Development” şirkəti son iki ildə Azərbaycanın 4 rayonuna 10 milyon ABŞ dollarından çox investisiya yatırıb.
Bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev deyib.
O bildirib ki, “TET International Development” ASK-nın fəal üzvlərindən biridir. Şirkət Zaqatala, Oğuz, Şəki və Tovuz rayonlarında 4 tütün emalı müəssisəsi açıb.