Qaradağ Sənaye Parkında gömrük rüsumlarından və ƏDV-dən azadolmanın müddəti uzadılıb
![](https://ena.az/uploads/news/2021-09/_ena_12e0744c72d09affefae4bc96_o.jpg)
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Gömrük tarifi haqqında” qanuna və Vergi Məcəlləsinə dəyişiklik layihələri müzakirəyə çıxarılıb.
Sənədlərə dəyişikliklərdə Qaradağ Sənaye Parkında tətbiq olunan gömrük rüsumlarından və ƏDV-dən azadolmanın daha beş il müddətinə uzadılması nəzərdə tutulub.
Qanunlara dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.