Qeyri-Bank

Mərkəzi Bank daha bir kredit təşkilatına lisenziya verdi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Total Finans Kredit İttifaqı" MMC-yə lisenziya verilib.

ENA.az  bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 43-ə çatıb.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Total Finans Kredit İttifaqı" MMC-ni ötən ilin dekabr ayında dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 23A, mənzil 50, nizamnamə kapitalı 4 004 manat, qanuni təmsilçisi isə Aytən Vaqif Qızı Qafarovadır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department