Azərbaycanda böyük audit şirkətinin rəhbəri “Azercell”ə transfer oldu
Azərbaycanda böyük abunəçi sayına malik olan “Azercell Telekom” MMC-də mühüm təyinat baş tutub.
ENA.az Banker.az-a istinadən xəbər verir ki, Ziya İbrahimov Rafiq oğlu “Azercell”in Daxili Audit Departamentinin direktoru təyin edilib. O, bu vəzifənin icrasına 2021-ci ilin sentyabrından başlayıb.
Z.İbrahimov uzun illərdir dünyaca məşhur olan Böyük Britaniyanın audit brendi “Baker Tilly”nin Azərbaycandakı törəmə şirkəti “Baker Tilly Audit Azerbaian” QSC-nin rəhbəri idi. Uzun illər dedikdə 2007-ci ilin dekabrından 2021-ci ilin sentyabrına qədər müddəti nəzərdə tutulur.