Sığorta

İcbari tibbi sığorta üzrə sığortaolunanlar müəyyənləşdi - SİYAHI

Azərbaycanda icbari tibbi sığorta üzrə sığortalı və sığortaolunanların siyahısı müəyyənləşib.

Bu barədə "Tibbi sığorta haqqında" qanunun 15-2-ci maddəsində (İcbari tibbi sığorta üzrə sığortalı və sığortaolunanlar) qeyd edilib.

İcbari tibbi sığorta üzrə sığortalı və sığortaolunanların siyahısı aşağıdakı kimi müəyyənləşib:

Xidmətlər zərfinin baza hissəsinə münasibətdə Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir.

Xidmətlər zərfinin baza hissəsinə münasibətdə sığortalı qismində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) çıxış edir.

Xidmətlər zərfinin əlavə hissəsinə münasibətdə sığortaolunanlar aşağıdakı kateqoriyalara bölünürlər:

1.Azərbaycan Respublikası Milli Məclisi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyin olunan şəxslər, həmçinin seçkili ödənişli vəzifədə işləyən şəxslər;

2. Neft-qaz sahəsində fəaliyyət göstərən və dövlət sektoruna aid edilən sığortalılarda Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslər;

3. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsi və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda:

4. Azərbaycan Respublikasının vətəndaşı olan 18 yaşınadək şəxslər;

5. peşə təhsili, orta iхtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsilalma forması üzrə təhsil alan 23 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları;

6. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən növündən asılı olmayaraq əmək pensiyası alan şəxslər;

7. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən sosial müavinət almaq hüququna malik olan əmək qabiliyyəti olmayan şəxslər;

8. "Ünvanlı dövlət sosial yardım haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;

9. ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən doğuşdan sonrakı dövr üçün ödənişli sosial məzuniyyətdə olan qadınlar;

10. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar;

11. sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;

12. mülki-hüquqi xarakterli müqavilələrlə əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər;

13. bu Qanunun 15-2.3.1-ci - 15-2.3.5-cimaddələrində nəzərə tutulan şəxslər istisna olmaqla, digər şəxslər.


Azərbaycan Respublikasının Milli Məclisi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslərə münasibətdə onların təyin olunduqları dövlət orqanı (qurumu), seçkili ödənişli vəzifə tutan şəxslərə münasibətdə isə onların seçildiyi dövlət və ya bələdiyyə orqanı (qurumu), neft-qaz sahəsində fəaliyyət göstərən və dövlət sektoruna aid edilən sığortalılarda Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslərə münasibətdə isə sığortalı qismində işəgötürənlər çıxış edir.
 

Bu Qanunun 15-2.3.3-cümaddəsində nəzərdə tutulan şəxslərə münasibətdə sığortalı qismində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) çıxış edir.
 

1. Bu Qanunun 15-2.3.4-cü - 15-2.3.6-cı maddələrində nəzərdə tutulan sığortaolunanlar sığortalı qismində özləri çıxış edirlər.

2. Bu Qanunun şamil edilmədiyi şəxslərin əhatə dairəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

3. Bu Qanunun məqsədləri üçün neft-qaz sahəsində fəaliyyətin və dövlət sektorunun meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

 

"Tibbi sığorta haqqında" qanuna dəyişikliklər Milli Məclisin dekabrın 28-də keçiriləcək iclasında müzakirə ediləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)