Mərkəzi Bank investisiya şirkətləri ilə bağlı qaydanı təsdiqlədi
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə qərar qəbul edib.
ENA.az xəbər verir ki, sənədi 31 avqust tarixində Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov imzalayıb.
QAYDA BELƏDİR:
Mərkəzi Bankın sədri Elman Rüstəmov
“Təsdiq edilmişdir”
Azərbaycan Respublikasının
Mərkəzi Bankı
Qərar № 23/1
“31” avqust 2021 il
İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası
- Ümumi müddəalar
1.1. Bu Qayda “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 30.6-cı, 38.13-cü və 41.4-cü maddələrinə müvafiq olaraq hazırlanmışdır və investisiya şirkətləri tərəfindən həyata keçirilən investisiya xidmətlərinə (əməliyyatlarına), müştəri sifarişlərinə, onların icrası və ya dayandırılmasına, müştərilərə hesabatların təqdim edilməsinə və investisiya şirkətləri tərəfindən öz fəaliyyəti ilə bağlı həyata keçirilən əməliyyatların uçotunun aparılmasına dair tələbləri müəyyən edir.
1.2. İnvestisiya şirkətləri investisiya xidmətlərinin həyata keçirilməsi, o cümlədən müştəri sifarişlərinin qəbulu və icrası zamanı bu Qaydanın, Qanunun və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – PL/TMM Qanunu) tələblərinə əməl etməlidirlər.
- Əsas anlayışlar
2.1. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. müştəri aktivləri – müştəriyə məxsus olan və investisiya şirkətinin daxili uçot sistemində qeydiyyata alınan qiymətli kağızlar, törəmə maliyyə alətləri və ya pul;
2.1.2. marja hesabı – investisiya şirkəti tərəfindən marja ticarətinin aparılması məqsədi ilə müştərilərə açılmış hesab;
2.1.3. fərdi investor – institusional investor da daxil olmaqla qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin alıcısı və ya onları almaq təklifini verən şəxs;
2.1.4. bazar qiyməti – qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin ticarət olunduğu fond birjasındakı cari qiyməti;
2.1.5. ədalətli dəyər – qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin bazar iştirakçıları arasında müəyyən edilmiş tarixdə normal şərtlər çərçivəsində satılmasına görə alına bilən və alınmasına görə ödənilə bilən qiymət.
2.2. Bu Qaydada istifadə edilən digər anlayışlar Qanunda nəzərdə tutulmuş mənaları ifadə edir.
- Müştəri sifarişlərinin qəbulu və icrası
3.1. Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbulu və icra edilməsi əsas investisiya xidməti olaraq investisiya şirkəti ilə müqavilə bağlayan və yalnız mərkəzi depozitarda depo hesabı olan müştəriyə münasibətdə həyata keçirilir.
3.2. Müştəri sifarişlərinin qəbulu və icra edilməsi üzrə investisiya xidmətinin (əməliyyatının) göstərilməsi zamanı investisiya şirkəti müştərinin aktivlərinin uçotunun aparılması məqsədilə öz daxili uçot sistemində müştəri üçün hesab açır.
3.3. Müştəri qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə fond birjasında aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbulu və icra edilməsi üzrə investisiya xidmətini (əməliyyatını) göstərən investisiya şirkətinə aşağıdakı sifarişləri verir:
3.3.1. rəqabətli sifariş – müştərinin təyin etdiyi qiymətdən aşağı və ya yuxarı olmamaq şərtilə qiymətli kağızları və ya törəmə maliyyə alətlərini sifarişdə göstərilən miqdarda almaq və ya satmaq (rəqabətli sifarişin icra şərtləri fond birjasının daxili qaydalarına uyğun olaraq müəyyən edilir);
3.3.2. qeyri-rəqabətli sifariş – qiymətli kağızları və ya törəmə maliyyə alətlərini ən əlverişli qiymət ilə sifarişdə göstərilən miqdarda almaq və ya satmaq.
3.4. İnvestisiya şirkəti müştəri sifarişlərinin qəbulu və icra edilməsi üzrə investisiya xidmətini (əməliyyatını) fərdi investorun portfelinin idarə edilməsi xidməti (əməliyyatı) istisna olmaqla, yalnız müştərinin və ya onun səlahiyyətli nümayəndəsinin sifarişi əsasında həyata keçirir. Sifarişin müddəti müqavilənin qüvvədə olma müddətindən artıq olmamalı, müqavilənin qüvvədə olma müddəti bir ildən artıq olduqda, sifariş ən azı ildə bir dəfə yenilənməlidir.
3.5. Elektron formada və ya telefon vasitəsilə təqdim edilən sifariş istisna olmaqla, sifariş iki nüsxədə tərtib edilir, imzalanır və bir nüsxəsi investisiya şirkətinin ixtisas şəhadətnaməsinə malik olan əməkdaşının sifarişi qəbul etməsi barədə yazılı qeydi və imzası ilə müştəriyə təqdim edilir. Müştərini səlahiyyətli nümayəndəsi təmsil etdikdə, sifarişdə həmin şəxsə verilmiş etibarnamənin nömrəsi, verilmə, qüvvədə olma tarixləri və etibar edilmiş hərəkətlər göstərilir.
3.6. Müştəri sifarişində aşağıdakı məlumatlar öz əksini tapır:
3.6.1. sifarişin ünvanlandığı investisiya şirkətinin tam adı;
3.6.2. müştərinin eyniləşdirilmə məlumatları (fiziki şəxs olduqda – adı, soyadı, atasının adı, hüquqi şəxs olduqda – hüquqi şəxsin tam adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);
3.6.3. müştərinin depo hesabının nömrəsi;
3.6.4. sifarişin qüvvədə olma müddəti;
3.6.5. qiymətli kağız və ya törəmə maliyyə alətinin növü, forması və dövlət qeydiyyat nömrəsi;
3.6.6. emitentin adı;
3.6.7. sifarişin istiqaməti (alış və ya satış);
3.6.8. qiymətli kağız və ya törəmə maliyyə alətinin sayı;
3.6.9. sifarişin növü (rəqabətli və ya qeyri-rəqabətli);
3.6.10. qiymətli kağızın nominal dəyəri və bazar qiyməti, törəmə maliyyə alətinin bazar qiyməti;
3.6.11. sifarişlərin icra olunması yeri (fond birjası və ya birjadankənar);
3.6.12. valyuta mübadiləsinin məzənnəsi və ya məzənnə dəhlizi (əsas investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi ilə bağlı sifarişlərdə).
3.7. Müştəri sifarişlərinin uçotu investisiya şirkətinin daxili uçot sistemində aparılır.
3.8. Müştəri sifarişi aşağıdakı hallarda qüvvədən düşmüş hesab olunur və icrası dayandırılır:
3.8.1. müştəri tərəfindən ləğv edildikdə;
3.8.2. sifarişdə göstərilmiş icra müddəti başa çatdıqda;
3.8.3. sifarişdə olan mexaniki səhvlər (qiymət, miqdar səhvi, simvol səhvi və s.) nəticəsində sifarişin icrası mümkün olmadıqda.
3.9. Bütün müştəri sifarişləri ən azı 5 (beş) il müddətində investisiya şirkətində (sifariş telefon vasitəsi ilə qəbul edildikdə telefon danışıqları yazılmış formada) saxlanılır.
3.10. Telefon və elektron vasitələrlə sifarişin qəbulu zamanı investisiya şirkəti müştərini dürüst müəyyənləşdirməlidir. Bu zaman tətbiq edilən üsullar əməliyyatların risk dərəcəsinə adekvat olmalı və onların təhlükəsiz aparılmasını təmin etməlidir.
3.11. İnvestisiya şirkəti qiymətli kağız və ya törəmə maliyyə alətinin qiyməti və sifarişin icra olunması ilə bağlı xərclər də daxil olmaqla ümumi xərclər baxımından müştəri üçün ən yaxşı qiyməti müəyyən edir.
3.12. Müştəri sifarişinin icra olunması ilə bağlı xərclərə aşağıdakılar daxil edilir:
3.12.1. sifarişlərin icra olunması yeri üzrə ödənişlər;
3.12.2. klirinq haqları;
3.12.3. sifarişin icrasına cəlb edilmiş üçüncü tərəfə ödənişlər.
3.13. Müştəri sifarişlərinin qəbulu və icrası ilə bağlı digər məsələlər Qanunun 38-ci maddəsi ilə tənzimlənir.
- Fərdiinvestorun portfelinin idarə edilməsi
4.1. Əsas investisiya xidmətinə aid olan fərdi investorun portfelinin idarə edilməsi xidməti (əməliyyatı) göstərən investisiya şirkəti eyni zamanda qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbulu və icra edilməsi üzrə investisiya xidmətini (əməliyyatını), habelə qiymətli kağız hesablarının idarə edilməsi xidmətlərini göstərməlidir.
4.2. İnvestisiya şirkəti fərdi investorun portfelinin idarə edilməsi xidməti üzrə müştəri ilə müqavilə bağlamazdan əvvəl bu Qaydanın 16-cı hissəsinə uyğun olaraq investisiya xidmətinin müştəri üçün uyğun olduğunu müəyyən etməlidir.
4.3. İnvestisiya şirkəti fərdi investorun portfelinin idarə edilməsi xidmətini müştərinin mərkəzi depozitarda açılmış xüsusi hesabı vasitəsilə həyata keçirir.
4.4. İnvestisiya şirkəti müqavilədə göstərilmiş investisiya siyasətinə uyğun olaraq və portfel ilə bağlı yarana biləcək riskləri nəzərə almaqla qiymətli kağızlar və törəmə maliyyə alətlərinin alqı-satqısı, dəyişdirilməsi və digər əqdlər bağlayır.
4.5. İnvestisiya şirkəti portfelin idarə edilməsi zamanı aktivlərin bazar qiymətindən, bu mövcud olmadıqda ədalətli dəyərindən yuxarı qiymətə satın alınmasına və ya portfeldə olan aktivlərin onların bazar qiymətindən, bu mövcud olmadıqda ədalətli dəyərindən aşağı qiymətə satılmasına, həmçinin özünün və ya üçüncü tərəflərin maraqlarının təmin edilməsi məqsədi ilə aktivlərin satın alınmasına və ya satılmasına yol verməməlidir.
4.6. İnvestisiya şirkəti tərəfindən fərdi investorun portfelinin idarə edilməsi xidməti (əməliyyatı) üzrə müştərilərə mütləq gəlirin vəd edilməsinə yol verilmir.
4.7. İnvestisiya şirkəti fərdi investorun portfelinin idarə edilməsi xidməti (əməliyyatı) üzrə alqı-satqı əməliyyatlarını icra edərkən faktlara, məlumatlara, hesabatlara və təhlillərə əsaslanmalı və bu materiallar ən azı fərdi investora portfelinin idarə edilməsi xidmətinin təklif edildiyi müddətdə saxlanılmalıdır.
- İnvestisiya məsləhətlərinin verilməsi
5.1. İnvestisiya məsləhətləri əsas investisiya xidmətlərinin bir növü olaraq investisiya şirkəti ilə müqavilə bağlamış müştəriyə verilir.
5.2. İnvestisiya şirkəti investisiya məsləhətlərinin verilməsi xidməti üzrə müştəri ilə müqavilə bağlamazdan əvvəl bu Qaydanın 16-cı hissəsinə uyğun olaraq investisiya xidmətinin müştəri üçün uyğun olduğunu müəyyən etməlidir.
5.3. İnvestisiya məsləhətlərinin verilməsi zamanı investisiya şirkəti aşağıdakı tələbləri yerinə yetirir:
5.3.1. investisiya məsləhətləri etibarlı faktlara, məlumatlara, hesabatlara və təhlillərə əsaslanır;
5.3.2. qiymətli kağızların kütləvi təklifi ilə bağlı investisiya məsləhətinin hazırlanması zamanı həmin qiymətli kağızların emissiya prospekti və ya informasiya memorandumunda qeyd edilən məlumatlardan istifadə edir;
5.3.3. investisiya məsləhətlərində əks olunan rəy, təhlil, proqnoz, qiymət hədəfləri və tövsiyələr obyektiv şəkildə hazırlanır;
5.3.4. investisiya məsləhətlərində mütləq gəlirə dair vəd və ya təminat verilmir;
5.3.5. investisiya məsləhətində çaşdırıcı, yayındırıcı, səhv və ya həqiqəti əks etdirməyən məlumatlardan və ifadələrdən istifadə edilmir;
5.3.6. investisiya məsləhətinin nəticələri investora təqdim edilməzdən əvvəl investisiya şirkəti tərəfindən özünün və ya üçüncü şəxsin mənafeyi üçün istifadə edilmir.
5.4. İnvestisiya şirkəti tərəfindən investisiya məsləhəti verilən zaman müştəri ən azı aşağıdakı məlumatlarla təmin olunur:
5.4.1. investisiya şirkətinin adı və ünvanı;
5.4.2. investisiya məsləhətini verən şəxsin adı və soyadı, vəzifəsi, ixtisas şəhadətnaməsinin seriya nömrəsi, verilmə tarixi;
5.4.3. investisiya məsləhətinin hazırlanmasında istifadə edilmiş məlumat mənbələri, investisiya strategiyaları və təhlil metodları barədə məlumat;
5.4.4. investisiya məsləhətinin verilməsi tarixi və vaxtı barədə məlumat;
5.4.5. investisiya məsləhətinin məzmunu;
5.4.6. mümkün maraqlar münaqişəsi barədə məlumat.
5.5. İnvestisiya məsləhəti yalnız investisiya şirkətinin müvafiq ixtisas şəhadətnaməsinə malik olan əməkdaşları tərəfindən verilir və investisiya şirkətində investisiya məsləhətlərinin uçotu aparılır.
- Qiymətli kağızların öhdəlik götürmədən və ya götürməklə yerləşdirilməsi və anderraytinqi
6.1. Qiymətli kağızların anderraytinqi əsas investisiya xidməti olaraq emitent ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq qiymətli kağızların yerləşdirilməsi zamanı investorlar tərəfindən əldə edilməyən qiymətli kağızların investisiya şirkəti tərəfindən satın alınması üzrə öhdəlik götürməklə və ya belə öhdəlik götürmədən həyata keçirilə bilər.
6.2. Qiymətli kağızların öhdəlik götürməklə abunə yazılışı və ya hərrac vasitəsi ilə yerləşdirilməsi zamanı investisiya şirkəti öz öhdəliyini emitent ilə bağlanmış müqaviləyə uyğun olaraq aşağıdakı üsullarla həyata keçirir:
6.2.1. qiymətli kağızların yerləşdirilməsi zamanı investorlar tərəfindən əldə edilməyən qiymətli kağızları tam həcmdə və ya qismən satın alır;
6.2.2. yerləşdirilməsi nəzərdə tutulan qiymətli kağızları tam həcmdə və ya qismən satın alır və investorlara təklif edir.
6.3. Anderraytinq xidməti bir investisiya şirkəti tərəfindən və ya bir neçə investisiya şirkəti tərəfindən birgə təklif edilə bilər. Anderraytinq xidməti bir neçə investisiya şirkəti tərəfindən birgə təklif edildikdə, bir investisiya şirkəti əsas anderrayter qismində müəyyən edilir.
- Mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması
7.1. Mərkəzi depozitarın və fond birjasının üzvü qismində müştərilərilə öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatların aparılması zamanı investisiya şirkəti müştəri sifarişlərini ən yaxşı qiymət prinsipi ilə icra edir.
7.2. Müştəri sifarişlərinin icrası qiymətli kağızlar və ya törəmə maliyyə alətlərinin bazar qiyməti, bu mövcud olmadıqda ədalətli dəyəri ilə həyata keçirilir.
7.3. Mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparan investisiya şirkəti marketmeyker kimi çıxış etdikdə, fond birjası ilə bağlanılan müqavilə ilə müəyyən edilən vəzifələri həyata keçirir.
- Müştərinin qiymətli kağızlar hesablarının idarə edilməsi
8.1. İnvesitisiya şirkəti tərəfindən müştərinin qiymətli kağızlar hesablarının idarə edilməsi xidməti müştəri ilə bağlanmış müqavilə əsasında müştərinin qiymətli kağızlarının qorunması və saxlanılması, müştərinin razılığı əsasında hesab üzrə əməliyyatların aparılması, o cümlədən qiymətli kağızların öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların icrasını nəzərdə tutan yardımçı investisiya xidməti olaraq həyata keçirilir.
8.2. İnvestisiya şirkəti tərəfindən müştərinin qiymətli kağızlar hesablarının idarə edilməsi mərkəzi depozitarda müştərinin adına açılan hesab vasitəsilə həyata keçirilir.
8.3. Müştərinin qiymətli kağızlar hesablarının idarə edilməsi üzrə əməliyyatlar müştərinin kağız daşıyıcıda və ya elektron qaydada təqdim edilmiş razılığı əsasında həyata keçirilir.
- İnvestorlara qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə həyata keçirdiyi əqdlərin bağlanması üçün kredit və ya digər formada borc verilməsi
9.1. İnvestisiya şirkəti əsas investisiya xidmətini göstərdiyi müştəriyə qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əqdlərin bağlanması üçün kredit və ya digər formada borc verilməsi xidmətini (əməliyyatını) yalnız qiymətli kağızlar və ya törəmə maliyyə alətlərinin satın alınması məqsədilə göstərə bilər.
9.2. İnvestisiya şirkəti investorlara qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əqdlərin bağlanması üçün kredit və ya digər formada borc verilməsi xidmətini (əməliyyatını) göstərdikdə, eyni zamanda qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbulu və icra edilməsi xidmətini (əməliyyatını) göstərməlidir.
9.3. İnvestisiya şirkəti kredit və ya digər formada borc verilməsi xidməti (əməliyyatı) göstərdikdə müştəriyə müqavilədə nəzərdə tutulan müddətlərdə, lakin ildə iki dəfədən az olmamaq şərtilə borc üzrə qalıq məbləğ haqqında hesabat təqdim edir.
- Qiymətli kağızlarvə ya törəmə maliyyə alətləri ilə bağlı investisiya tədqiqatı və maliyyə təhlilinin aparılması
10.1. Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə bağlı investisiya tədqiqatı aparan investisiya şirkəti investisiya tədqiqatına aid olan sənədlərdə “investisiya tədqiqatı” sözlərini qeyd edir.
10.2. İnvestisiya tədqiqatında olan istənilən tövsiyə aydın, birmənalı və anlaşılan olmalıdır.
10.3. İnvestisiya tədqiqatına və onu hazırlayan şəxslərə dair digər tələblər Qanunla və Qanunun 37.3-cü maddəsinə müvafiq olaraq qəbul edilən hüquqi aktla tənzimlənir.
- Əsas investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi ilə bağlı xarici valyuta mübadiləsi
11.1. İnvestisiya şirkəti əsas investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi məqsədilə müştəriyə xarici valyuta mübadiləsi xidmətini göstərə bilər. Valyuta mübadilə əməliyyatının aparılması zamanı tətbiq olunan məzənnə investisiya şirkəti tərəfindən müstəqil olaraq təyin edilir.
11.2. Xarici valyuta mübadiləsi xidməti göstərildiyi zaman müştəri investisiya şirkəti tərəfindən təqdim edilən mübadilə məzənnəsi barədə məlumatlandırılır.
11.3. Əməliyyat günü ərzində məzənnələr investisiya şirkətinin qərarı ilə dəyişə bilər. Valyuta məzənnəsinə edilən hər bir dəyişiklik tarix və vaxt daxil olmaqla investisiya şirkətinin daxili reyestrində qeyd olunur və müştəriyə bildirilir.
11.4. Xarici valyuta əməliyyatı investisiya şirkətinin əməliyyat sistemində qeyd edilir və müştəriyə əməliyyat ilə əlaqəli təqdim olunan hesabatda bu Qayda ilə müəyyən edilmiş məlumatlardan əlavə olaraq aşağıdakılar əks olunur:
11.4.1. xarici valyuta mübadiləsi ilə əlaqəli əsas investisiya xidmətinin (əməliyyatının) növü;
11.4.2. mübadilə olunan xarici valyutanın adı, məbləği və investisiya şirkətinin həmin günə müəyyən etdiyi məzənnə.
- İnvestisiya xidmətlərinin (əməliyyatlarının) göstərilməsi üzrə ixtisas şəhadətnamələri
12.1. İnvestisiya şirkətinin qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi üzrə ixtisas şəhadətnaməsinə malik olan əməkdaşı mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması xidməti (əməliyyatı) ilə eyni zamanda məşğul ola bilməz.
12.2. İnvestisiya şirkətinin mərkəzi depozitar və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması üzrə ixtisas şəhadətnaməsinə malik olan əməkdaşı eyni zamanda investisiya məsləhətlərinin verilməsi və ya fərdi investorun portfelinin idarə edilməsi üzrə investisiya xidməti (əməliyyatı) ilə məşğul ola bilməz.
- İnvestisiya xidmətlərinin (əməliyyatlarının) göstərilməsi üzrə müqavilə
13.1. İnvestisiya şirkəti ilə müştəri arasında investisiya xidmətlərinin (əməliyyatlarının) göstərilməsi üzrə yazılı müqavilə (bundan sonra – müqavilə) bağlanılır.
13.2. Kağız daşıyıcıda tərtib edilən müqavilə tərəflərin imzası ilə təsdiq edilir. Bu Qaydanın 15.1.2.2-ci yarımbəndi ilə müəyyən edilən hal istisna olmaqla, elektron qaydada tərtib edilən müqavilə gücləndirilmiş elektron imza ilə təsdiq edilir. Bu Qaydanın 15.1.2.2-ci yarımbəndi ilə müəyyən edilən halda müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.3-cü və 331.3-cü maddələri ilə müəyyən edilmiş qaydada bağlanılır.
13.3. Müqavilədə ən azı aşağıdakılar əks olunur:
13.3.1. müqavilənin bağlandığı yer və tarix;
13.3.2. müştəri fiziki şəxs olduqda – adı, soyadı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, fərdi identifikasiya nömrəsi və verilmə tarixi, ünvanı, hüquqi şəxs olduqda – hüquqi şəxsin tam adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və ünvanı;
13.3.3. investisiya şirkəti fəaliyyətinin həyata keçirilməsi üzrə lisenziyanın nömrəsi və tarixi;
13.3.4. müqavilənin predmeti və göstərilən investisiya xidmətlərinin növləri;
13.3.5. tərəflərin hüquq və vəzifələri;
13.3.6. müqavilədən irəli gələn pul öhdəlikləri üzrə hesablaşma qaydası;
13.3.7. investisiya şirkətinin xidmət haqqı, sifarişlərin icra olunması ilə bağlı xərclər və onların ödənilməsi qaydası;
13.3.8. müştərinin aktivlərinin qaytarılması müddəti və qaydası, o cümlədən müştərinin və ya investisiya şirkətinin təşəbbüsü ilə qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə əqdin bağlanmasından imtina halında qarşılıqlı hesablaşmaların aparılması şərtləri;
13.3.9. müqavilənin qüvvədə olduğu müddətdə sifarişin ləğv edilməsi və ya icra edilməmiş hissəsinin tam və ya qismən ləğv edilməsi və bu barədə müştəriyə məlumatların verilməsi qaydası;
13.3.10. müştəriyə hesabatların təqdim edilməsi qaydası;
13.3.11. müqavilənin müddəti;
13.3.12. müqavilənin müddətinin uzadılması qaydası;
13.3.13. tərəflərin məsuliyyəti;
13.3.14. maliyyə bazarlarına nəzarət edən qurumun adı və ünvanı;
13.3.15. mübahisələrin həlli üsulları.
13.4. Bu Qaydanın 13.3-cü bəndi ilə müəyyən edilənlərdən əlavə fərdi investorun portfelinin idarəedilməsi üzrə müqavilədə ən azı aşağıdakılar əks olunur:
13.4.1. müştəri aktivlərinin investisiya şirkətinə idarəetməyə verilməsi qaydası;
13.4.2. müştəri aktivlərinin idarə edilməsi üzrə öhdəliklərin yaranması və başa çatması tarixləri;
13.4.3. idarəetməyə verilən müştəri aktivlərinin məbləği;
13.4.4. investisiya siyasəti.
13.5. Bu Qaydanın 13.4.4-cü yarımbəndində müəyyən edilən investisiya siyasətində ən azı aşağıdakılar əks olunur:
13.5.1. qiymətli kağızların və törəmə maliyyə alətlərinin növləri;
13.5.2. qiymətli kağızların və törəmə maliyyə alətlərinin ayrı-ayrı növlərinə edilən investisiyaların maksimum məbləği və ya payı;
13.5.3. investisiyanın riskini müəyyən etməyə imkan verən göstəricilər.
13.6. Qiymətli kağızlar hesablarının idarə edilməsi üzrə müqavilədə bu Qaydanın 13.3-cü bəndi ilə müəyyən edilənlərdən əlavə ən azı aşağıdakılar əks olunur:
13.6.1. mərkəzi depozitarda müştərinin adına açılmış və investisiya şirkətinin idarə edilməsinə verilən hesabın rekvizitləri;
13.6.2. qiymətli kağızlar hesablarının idarə edilməsinin başlama və başa çatma tarixləri;
13.6.3. idarəetməyə verilən hesabda olan qiymətli kağızlar və törəmə maliyyə alətləri (olduqda), onların nominal dəyəri və qiyməti.
13.7. Müqavilə bağlandıqdan sonra investisiya şirkəti tərəfindən daxili uçot sistemində müştəriyə unikal müştəri kodu təyin edilir və PL/TMM Qanununa əsasən müştərinin risk kateqoriyası müəyyən edilir.
13.8. Qanunla nəzərdə tutulmuş və ya müştəri ilə yazılı qaydada razılaşdırılmış hallar istisna olmaqla, investisiya şirkəti öz müştəriləri haqqında məlumatları üçüncü şəxslərə açıqlamamalıdır.
13.9. İnvestisiya şirkəti müştəri aktivlərini yalnız müqavilənin şərtlərinə uyğun olaraq istifadə edir.
- İnvestisiya şirkətinə sənədlərin təqdim edilməsi
14.1. Müştəri ilə müqavilənin bağlanması və investisiya şirkəti tərəfindən müştəri hesablarının (depo və marja hesablarının) açılması bu Qayda ilə müəyyən edilmiş və Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn sənədlər əsasında həyata keçirilir.
14.2. Fiziki şəxs olan müştəri ilə müqavilənin bağlanması və investisiya şirkəti tərəfindən müştəri hesablarının (depo və marja hesablarının) açılması üçün aşağıdakı sənədlər (məlumatlar) tələb edilir:
14.2.1. müştərinin şəxsiyyətini təsdiq edən sənəd məlumatları (şəxsiyyəti təsdiq edən sənəd təqdim edilir, investisiya şirkətində saxlanılması üçün surəti çıxarılır və sənəd geri qaytarılır);
14.2.2. müştərini səlahiyyətli nümayəndə qismində fiziki şəxs təmsil etdikdə təmsil edən şəxsin şəxsiyyətini və təmsiliçiliyi təsdiq edən sənəd, müştərini səlahiyyətli nümayəndə qismində hüquqi şəxs təmsil etdikdə isə bu Qaydanın 14.3-cü bəndində qeyd edilən sənədlər;
14.2.3. müştəri anketi (Əlavə 1).
14.3. Hüquqi şəxs olan müştəri ilə müqavilənin bağlanması və investisiya şirkəti tərəfindən müştəri hesablarının (depo və marja hesablarının) açılması üçün aşağıdakı sənədlər tələb edilir:
14.3.1. hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatı haqqında müvafiq sənədin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq olunmuş surəti;
14.3.2. etibarnamə (olduqda);
14.3.3. müştəri anketi (Əlavə 2);
14.3.4. imza səlahiyyətinə malik olan şəxslərin siyahısı, imza və möhür nümunəsi (Əlavə 3).
14.4. İnvestisiya şirkəti tərəfindən əldə edilən sənədlər yoxlanılır, o cümlədən təmsilçilik əsasında investisiya şirkəti ilə müqavilə bağlandıqda, investisiya şirkəti tərəfindən səlahiyyətli şəxsin şəxsiyyəti müəyyən edilir və onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumatların etibarnamədə göstərilmiş məlumatlarla uyğunluğu tutuşdurulur. Sənədlərdə uyğunsuzluqlar olduqda, investisiya şirkəti investisiya xidmətlərinin (əməliyyatlarının) göstərilməsindən imtina edir.
14.5. PL/TMM Qanununa müvafiq olaraq sadələşdirilmiş eyniləşdirmə və verifikasiya tədbirlərinin tətbiq edildiyi müştəri və benefisiar mülkiyyətçilər istisna olmaqla, digər müştərinin və/və ya müştərinin səlahiyyətli nümayəndəsinin bu Qaydanın 14.6-14.8-ci bəndlərində qeyd olunmuş əlamətlərdən hər hansı biri müəyyən edildikdə, müştəri və ya onun səlahiyyətli nümayəndəsi bu Qaydanın 4 nömrəli Əlavəsində göstərilmiş əlavə eyniləşdirmə məlumatlarını təqdim edir. Məlumatların etibarlılığına dair şübhəli hal olduqda həmin məlumatların təsdiqedici sənədlərlə rəsmiləşdirilməsi tələb olunur.
14.6. Fiziki şəxs olan yeni müştəri ilə müqavilə bağlanmasından əvvəl onun aşağıdakı əlamətlərdən bir və ya bir neçəsinə malik olub-olmaması müəyyən olunur:
14.6.1. PL/TMM Qanununun 7.2.2-ci maddəsində nəzərdə tutulan əməliyyatların həyata keçirilməsi;
14.6.2. PL/TMM Qanununun 7.3-1-ci maddəsində nəzərdə tutulan barəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısına daxil olması;
14.6.3. investisiya şirkətinin daxili nəzarət sistemi çərçivəsində müəyyən edilmiş yüksək risk kateqoriyasına aid olması;
14.6.4. xarici dövlətlərin siyasi xadimi olması;
14.6.5. PL/TMM Qanununun 7.3-cü maddəsi ilə müəyyən edilmiş siyahıdakı ölkələrlə əməliyyatlar aparacağının məlum olması.
14.7. Fiziki şəxs olan yeni müştərinin adından onun səlahiyyətli nümayəndəsi ilə müqavilənin bağlanmasından əvvəl səlahiyyətli nümayəndənin və müştərinin bu Qaydanın 14.6-cı bəndi ilə müəyyən olunmuş əlamətlərdən bir və ya bir neçəsinə malik olması müəyyən olunur.
14.8. Hüquqi şəxs (onun filialı və ya nümayəndəliyi) olan (səhmlərinin və ya paylarının 100%-i dövlətə məxsus hüquqi şəxslər, publik hüquqi şəxslər və diplomatik nümayəndəliklər istisna olmaqla) yeni müştəri ilə müqavilə bağlanmasından əvvəl onun aşağıdakı əlamətlərdən bir və ya bir neçəsinə malik olub-olmaması müəyyən olunur:
14.8.1. investisiya şirkətinin daxili nəzarət sistemi çərçivəsində müəyyən edilmiş yüksək risk kateqoriyasına aid olması;
14.8.2. hüquqi şəxsin benefisiar mülkiyyətçisi və ya hüquqi şəxsin idarəetmə orqan(lar)ının rəhbər(lər)inin aşağıdakı əlamətlərə malik olması:
14.8.2.1. PL/TMM Qanununun 7.2.2-ci maddəsində nəzərdə tutulan əməliyyatların həyata keçirilməsi;
14.8.2.2. PL/TMM Qanununun 7.3-1-ci maddəsində nəzərdə tutulan barəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısına daxil olması;
14.8.2.3. xarici dövlətlərin siyasi xadimi olması;
14.8.2.4. investisiya şirkətinin daxili nəzarət sistemi çərçivəsində müəyyən edilmiş yüksək risk kateqoriyasına aid olması;
14.8.2.5. xarici siyasi xadimin tərəfdaşı olması;
14.8.3. PL/TMM Qanununun 7.3-cü maddəsi əsasında müəyyən edilmiş siyahıdakı ölkələrlə əməliyyatlar aparacağının məlum olması.
14.9. Hüquqi şəxs olan yeni müştərinin eyniləşdirmə və verifikasiyası onun fiziki şəxs olan bütün benefisiar mülkiyyətçilərin kimliyinin müəyyən edilməsinə tam əmin olanadək aparılır. Bunun üçün aşağıdakı ardıcıllığa uyğun tədbirlər görülür:
14.9.1. hüquqi şəxsdə mühüm iştirak payına (əgər hüquqi şəxsdə iştirak paylarının bölünməsi mühüm iştirak payının mövcudluğunu istisna etmirsə) malik olan fiziki şəxslər müəyyən edilir, onların eyniləşdirmə məlumatlarının doğruluğu etibarlı və müstəqil mənbələr vasitəsilə yoxlanılır, həmin məlumatların surətləri çıxarılır və saxlanılır;
14.9.2. mühüm iştirak payına malik olan fiziki şəxslərin hüquqi şəxsin benefisiar mülkiyyətçisi olmasına dair şübhələr varsa və ya hüquqi şəxsdə malik olduğu iştirak payı ilə hüquqi şəxsə nəzarəti həyata keçirən fiziki şəxslər yoxdursa müqavilə əsasında və ya başqa formada hüquqi şəxsə nəzarəti həyata keçirən fiziki şəxslər müəyyən edilir, onların eyniləşdirmə məlumatlarının doğruluğu etibarlı və müstəqil mənbələr vasitəsilə yoxlanılır, həmin məlumatların surətləri çıxarılır və saxlanılır;
14.9.3. əgər hüquqi şəxs üzərində hər hansı bir formada (malik olduğu iştirak payı ilə, müqavilə əsasında və ya başqa formada) nəzarəti həyata keçirən fiziki şəxsləri müəyyən etmək mümkün deyildirsə hüquqi şəxsə rəhbərliyi həyata keçirən fiziki şəxslər (hüquqi şəxsin cari və ya daimi münasibətləri barədə qərarvermə səlahiyyəti olan şəxs) eyniləşdirilir və verifikasiyası üçün tədbirlər görülür.
14.10. Bu Qaydanın 14.2-ci, 14.3-cü və 14.5-ci bəndlərində qeyd edilən sənədlər kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə (bu Qaydanın 15.1.2.2-ci yarımbəndi ilə müəyyən edilən hal istisna olmaqla) təsdiq olunaraq təqdim edilir.
14.11. Bu Qaydanın 15.1.2.2-ci yarımbəndi ilə müəyyən edilən halda, bu Qaydanın 14.2-ci bəndində qeyd edilən sənədlər qanunvericiliyin tələbləri nəzərə alınmaqla, o cümlədən sənədin qarşı tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən elektron rabitə vasitəsilə təqdim edilir.
14.12. Müştərinin və ya onun səlahiyyətli nümayəndəsinin təqdim etdiyi sənəd və məlumatların etibarlılığı, habelə müştərinin və ya onun səlahiyyətli nümayəndəsinin bu Qaydanın 14.6-14.8-ci bəndlərində qeyd olunmuş əlamətlərə malik olması müştərinin risk kateqoriyasından asılı olaraq investisiya şirkəti tərəfindən müəyyən edilmiş dövriliklə yoxlanılır.
14.13. Uyğunsuzluqlar müəyyən edildikdə 2 (iki) iş günü ərzində müştəridən və ya onun səlahiyyətli nümayəndəsindən bunun səbəblərini açıqlayan məlumatların və ya bu Qaydanın 4 nömrəli Əlavəsində göstərilmiş məlumatların yazılı (kağız daşıyıcıda və ya elektron imza ilə təsdiq olunmuş) şəkildə 30 (otuz) təqvim günü ərzində verilməsi tələb olunur.
14.14. Müvafiq dövlət orqanlarının (qurumlarının) elektron informasiya sisteminə inteqrasiya təmin oldunduğu halda bu Qaydanın 14.2-ci, 14.3-cü və 14.5-ci bəndlərində nəzərdə tutulan müvafiq sənəd və məlumatlar investisiya şirkəti tərəfindən onlayn rejimdə əldə olunur.
- Müştəri hesablarının məsafədən açılması
15.1. İnvestisiya şirkəti tərəfindən yeni müştəri üçün müştəri hesabının (depo və marja hesabının) məsafədən açılması hüquqi və fiziki şəxslər (müştərinin səlahiyyətli nümayəndəsi ilə təmsil olunduğu hal istisna olmaqla) üzrə aşağıdakı qaydada həyata keçirilir:
15.1.1. hüquqi şəxslər üzrə gücləndirilmiş elektron imza ilə – bu Qaydanın 14.3-cü bəndi ilə müəyyən edilən sənədlər və məlumatlar tələb edilməklə;
15.1.2. fiziki şəxslər üzrə:
15.1.2.1. gücləndirilmiş elektron imza ilə – bu Qaydanın 14.2-ci bəndi ilə müəyyən edilən sənədlər və məlumatlar tələb edilməklə;
15.1.2.2. video görüntü ilə (bu Qaydanın 14.2-ci bəndi ilə müəyyən edilən sənədlər və məlumatlar tələb edilməklə) – hesabın açıldığı vaxtdan 1 (bir) il ərzində qiymətli kağızlar və (və ya) törəmə maliyyə alətləri ilə ümumi məbləği 15000 (on beş min) manatadək və ya onun ekvivalentində xarici valyutada alqı-satqı əməliyyatlarının aparılması məqsədilə açılacaq hesab üçün. Bu zaman müştəri xüsusi təyinatlı informasiya resursu vasitəsilə eyniləşdirilir.
15.2. İnvestisiya şirkətində fiziki iştirakı ilə eyniləşdirilməsi aparılmış və hesabı mövcud olan fiziki şəxslər üçün məsafədən yeni hesabın açılması zamanı onlardan eyniləşdirilmə və verifikasiya, habelə bu Qaydanın 15.1-ci bəndi ilə müəyyən edilən sənədlər və məlumatların təqdim edilməsi tələb olunmur.
- Müştəri məlumatlarının qiymətləndirilməsi
16.1. Fərdi investorun portfelinin idarə edilməsi və ya investisiya məsləhətinin verilməsi üzrə xidmət göstərən investisiya şirkəti müştəri ilə müqavilə bağlamazdan əvvəl müştərinin maliyyə vəziyyəti və investisiya məqsədləri barədə yazılı qaydada (kağız daşıyıcıda və ya elektron formada) ətraflı məlumat alır.
16.2. Müştərinin təqdim etdiyi maliyyə vəziyyəti haqqında məlumatda aşağıdakılar əks olunmalıdır:
16.2.1. sabit gəliri və onun mənbəyi;
16.2.2. aktivləri, o cümlədən pul vəsaitləri, investisiyaları və daşınmaz əmlakı;
16.2.3. maliyyə öhdəlikləri.
16.3. Müştərinin investisiya məqsədlərinə dair məlumatına ən azı investisiyanın müddəti və müştərinin üzərinə götürə biləcəyi riskin maksimum həcmi daxil edilir.
16.4. İnvestisiya şirkəti bu Qaydanın 16.2-ci və 16.3-cü bəndlərində müəyyən edilən məlumatlar əsasında müştərini aşağıdakılar barədə 3 (üç) iş günü müddətində yazılı qaydada (kağız daşıyıcıda və ya elektron formada) məlumatlandırır;
16.4.1. investisiya xidmətinin (əməliyyatının), qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin müştəri üçün uyğun olması barədə;
16.4.2. məlumatların təqdim edilməməsi səbəbindən investisiya şirkəti tərəfindən müştəriyə təklif edilən və ya müştəri tərəfindən sifariş edilən investisiya xidmətlərinin (əməliyyatlarının) və ya aktivlərin müştəri üçün uyğunluğunun qiymətləndirilməsinin mümkün olmaması barədə;
16.4.3. təqdim olunan məlumatların qiymətləndirilməsi nəticəsində müştəri tərəfindən sifariş edilən investisiya xidmətlərinin (əməliyyatlarının) və ya aktivlərin müştəri üçün uyğun olmaması barədə.
16.5. Qaydanın bu hissənin tələbləri institusional investorlara şamil edilmir.
- Daxili qaydalar
17.1. İnvestisiya şirkəti investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi üzrə müşahidə şurası tərəfindən təsdiq edilən daxili qaydalara malik olmalıdır.
17.2. İnvestisiya şirkətinin daxili qaydaları ən azı aşağıdakıları əhatə etməlidir:
17.2.1. öz müştərini tanı və müştərinin xidmətə qəbul edilməsi prinsipləri;
17.2.2. müştərinin və benefisiar mülkiyyətçinin eyniləşdirilməsi və verifikasiyası (əlavə verifikasiyası) prosedurları;
17.2.3. müştərinin risk kateqoriyasının müəyyənləşdirilməsi və müştərinin risk kateqoriyasından asılı olaraq əməliyyatlarına davamlı nəzarətin həyata keçirilməsi prosedurları;
17.2.4. müştəri sifarişlərinin icrası, o cümlədən ən yaxşı qiymət prinsipi ilə icrası prosedurları;
17.2.5. müştəri aktivlərinin uçotunun aparılması qaydası;
17.2.6. əməliyyatların uçotunun aparılması qaydası;
17.2.7. müştəri şikayətlərinə baxılması qaydası;
17.2.8. maraqlar münaqişəsinin qarşısının alınması ilə bağlı tədbirlər.
17.3. Marja ticarəti üzrə investisiya xidmətinin (əməliyyatının) həyata keçirilməsi üzrə daxili qaydalar həmçinin marja ticarəti qaydasını tənzimləyən normativ xarakterli aktın tələblərinə uyğun olaraq hazırlanır.
- Müştərilərə təqdim edilən hesabatlar
18.1. İnvestisiya şirkəti Qanunla müəyyən edilmiş hallarda və müddətdə müştərilərə hesabatlar təqdim edir.
18.2. Fərdi investorun portfelinin idarə edilməsi xidməti (əməliyyatı) istisna olmaqla, müştərinin adından sifarişi icra etmiş investisiya şirkəti müştəriyə sifarişin icra edilməsindən sonra bir iş günündən gec olmayaraq sifarişin icrasına dair hesabat təqdim edir. Hesabatda ən azı aşağıdakı məlumatlar əks olunur:
18.2.1. hesabatın dövrü və tərtib edilmə tarixi;
18.2.2. müştərinin eyniləşdirilmə məlumatları (adı, soyadı və (və ya) vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) (olduqda);
18.2.3. müqavilənin nömrəsi və tarixi;
18.2.4. sifariş haqqında məlumat;
18.2.5. qiymətli kağız və ya törəmə maliyyə alətləri ilə aparılmış əməliyyatların tarixi və vaxtı;
18.2.6. əqdin istiqaməti (alqı və ya satqı);
18.2.7. əqdin istiqaməti alış və ya satış olmadıqda sifarişin xarakteri;
18.2.8. qiymətli kağızın emitentinin adı və ya törəmə maliyyə alətinin baza aktivinin adı;
18.2.9. qiymətli kağızların və ya törəmə maliyyə alətinin növü, forması, dövlət qeydiyyat nömrəsi;
18.2.10. bir qiymətli kağızın və ya törəmə maliyyə alətinin qiyməti;
18.2.11. qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin sayı;
18.2.12. qiymətli kağızlarla və ya törəmə maliyyə alətləri ilə aparılmış əqdlərin məbləği;
18.2.13. hesabatın dövrü ərzində investisiya şirkətinə ödənilmiş xidmət haqqı və sifarişlərin icra olunması ilə bağlı xərclərin məbləği.
18.3. İnvestisiya şirkəti fərdi investorun portfelinin idarə edilməsi xidmətini (əməliyyatını) göstərdikdə, müştəriyə həyata keçirdiyi əməliyyatlara dair hesabat Qanunun 35.3-cü maddəsinə uyğun olaraq təqdim edilir. Hesabatda ən azı aşağıdakı məlumatlar əks olunur:
18.3.1. investisiya şirkətinin adı, ona verilmiş lisenziyanın nömrəsi və tarixi;
18.3.2. müştərinin eyniləşdirilmə məlumatları (adı, soyadı və (və ya) vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) (olduqda);
18.3.3. portfelin tərkibinə və ya dəyərinə dair hesabat, o cümlədən portfelə daxil olan hər bir qiymətli kağız və törəmə maliyyə alətinin bazar qiyməti, bu mövcud olmadıqda ədalətli dəyəri, hesabat dövrünün əvvəlində və sonuna olan pul qalığı və dövr ərzində portfelin göstəriciləri;
18.3.4. portfelin idarə edilməsi ilə bağlı ödəniş və sifarişlərin icra olunması ilə bağlı xərclər ayrı-ayrılıqda göstərilməklə, dövr ərzində edilmiş ödənişlərin və çəkilmiş xərclərin ümumi məbləği;
18.3.5. portfel ilə əlaqədar hesabat dövründə dividend, faiz və digər gəlirlərin ümumi məbləği.
18.4. İnvestisiya şirkəti müqaviləyə əsasən, lakin ildə bir dəfədən az olmamaq şərti ilə müştəriyə aşağıdakı məlumatlara dair hesabat təqdim edir:
18.4.1. hesabat dövrü ərzində müştərinin aktivlərinin hərəkəti və qalığı;
18.4.2. müştərinin aktivləri ilə aparılmış əməliyyatlar;
18.4.3. müştərinin aktivlərində baş vermiş dəyişikliklər;
18.4.4. xidmət haqları və sifarişlərin icra olunması ilə bağlı xərclər.
18.5. Marja ticarəti xidməti üzrə müştərilərə verilən hesabatlar və məlumatlar marja ticarəti qaydasını tənzimləyən normativ xarakterli aktın tələblərinə uyğun olaraq aparılır.
18.6. İnvestisiya şirkəti tərəfindən müştərilərə verilən hesabatlar və məlumatlar müştəri ilə bağlanmış müqaviləyə uyğun olaraq kağız daşıyıcıda və ya elektron formada təqdim edilir.
- Əməliyyatların uçotunun aparılması
19.1. İnvestisiya şirkəti həyata keçirdiyi əməliyyatların və apardığı əməliyyatlarla bağlı müştəri şikayətlərinin uçotunu aparır. Uçot elektron formada və ya kağız daşıyıcıda aparılır.
19.2. İnvestisiya şirkətinin apardığı əməliyyatların uçotu aşağıdakıları əhatə edir:
19.2.1. müştəri sifarişlərinin uçotu;
19.2.2. qiymətli kağızlarla və ya törəmə maliyyə alətləri ilə apardığı əməliyyatların uçotu;
19.2.3. pul vəsaitlərinin uçotu.
19.3. Müştəri sifarişlərinin qəbulu və icrası fəaliyyətini həyata keçirən investisiya şirkəti müştəri sifarişini aldığı gün aşağıdakı məlumatları uçota almalıdır:
19.3.1. müştərini eyniləşdirən məlumatlar;
19.3.2. müştəri ilə bağlanmış müqavilənin nömrəsi və tarixi;
19.3.3. sifarişin növü;
19.3.4. sifarişin verilmə forması (telefon, elektron, digər vasitələr);
19.3.5. sifarişin icraya qəbul edilmə tarixi, vaxtı və nömrəsi;
19.3.6. sifarişin qüvvədə olma müddəti;
19.3.7. sifarişin predmeti;
19.3.8. sifarişi qəbul edən məsul şəxsin adı və soyadı, atasının adı və vəzifəsi;
19.3.9. müştərini səlahiyyətli nümayəndəsi təmsil etdikdə, həmin şəxsin eyniləşdirilmə məlumatları (fiziki şəxs olduqda – adı, soyadı, atasının adı, hüquqi şəxs olduqda – hüquqi şəxsin tam adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);
19.4. İnvestisiya şirkəti əqdin bağlanması ilə bağlı müştərinin sifarişinin icrasından dərhal sonra uçot aparmalıdır. Əqdlərin uçotunda aşağıdakı məlumatlar öz əksini tapmalıdır:
19.4.1. müştərini eyniləşdirən məlumatlar;
19.4.2. əqdin bağlandığı yer və eyniləşdirmə kodu;
19.4.3. əqdin bağlanma tarixi və vaxtı;
19.4.4. əqdin istiqaməti (alış və ya satış);
19.4.5. xidmət haqları və yığılmış faiz istisna olmaqla hər qiymətli kağız və ya törəmə maliyyə alətinin qiyməti;
19.4.6. əqdin predmeti olan qiymətli kağızın və ya törəmə maliyyə alətinin sayı;
19.4.7. əqdin məbləği;
19.4.8. əqd üzrə kontragent (qarşı tərəf);
19.4.9. əqdi icra etmiş şəxsin adı, soyadı və atasının adı, vəzifəsi.
19.5. Müştərinin investisiya şirkətində olan pul vəsaitlərinin uçotu hər bir müştəri üzrə ayrılıqda aparılmalı və aşağıdakıları əks etdirməlidir:
19.5.1. pul əməliyyatlarının tarixi;
19.5.2. əqdlər və əməliyyatlar üzrə ödənişləri təsdiq edən sənədin nömrəsi və tarixi;
19.5.3. pul vəsaitlərinin mədaxilinin məbləği, mənbəyi və təyinatı;
19.5.4. pul vəsaitlərinin məxaricinin məbləği və təyinatı;
19.5.5. müştərinin pul vəsaitlərinin qalığı;
19.5.6. investisiya şirkətinin müştəridən tutduğu xidmət haqqının məbləği.
19.6. Əməliyyatların uçotu milli valyutada aparılır. Qiymətli kağızlarla və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar xarici valyutada aparıldıqda, uçot xarici valyutada, habelə manat ekvivalenti göstərilməklə milli valyutada aparılır. Manat ekvivalenti Azərbaycan Respublikası Mərkəzi Bankının həmin günə rəsmi məzənnəsi əsasında hesablanır.
19.7. Marja ticarəti xidməti üzrə əməliyyatların uçotu aparılarkən həmçinin marja ticarəti qaydasını tənzimləyən normativ xarakterli aktın tələblərinə əməl edilməlidir.
19.8. İnvestisiya şirkəti tərəfindən aparılan əməliyyatlarla bağlı müştəri şikayətlərinin uçotu ən azı aşağıdakı məlumatları əks etdirir:
19.8.1. şikayət edən müştərinin eyniləşdirilmə məlumatları (fiziki şəxs olduqda – adı, soyadı, atasının adı, hüquqi şəxs olduqda – hüquqi şəxsin tam adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);
19.8.2. unikal müştəri kodu;
19.8.3. şikayətin tarixi;
19.8.4. şikayətin məzmunu;
19.8.5. şikayətlə əlaqədar investisiya şirkəti tərəfindən görülmüş tədbirlər barədə məlumat.
19.9. Müştəri şikayətlərinin qəbulu ilə əlaqədar ünvan və əlaqə məlumatları müştərilərə təqdim olunan sənədlərdə və investisiya şirkətinin rəsmi internet səhifəsində yerləşdirilir.
“İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”na Əlavə 1 | ||||
|
||||
MÜŞTƏRİ ANKETİ
fiziki şəxs üçün
1. S.A.A._______________________________________________________________ 2.Vətəndaşlıq___________________________________________________________ 3. Şəxsiyyəti təsdiq edən sənəd: seriyası ________ nömrəsi _____________ verildiyi tarix və yer______________________ sənədi vermiş orqanın adı__________________________________________________, fərdi identifikasiya nömrəsi______________ 4. Ünvan_______________________________________________________________ 5. Əlaqə vasitələri ____________________/___________________/______________________________ telefon faks e-mail 6. Fiziki şəxsin bank rekvizitləri (olduqda):_____________________________________ ______________________________________________________________________
|
||||
7. İmza nümunəsi: |
|
|
||
İmza: ___________/_________________/
“______”_______________ “______”___il |
||||
“İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata
keçirilməsi Qaydası”na Əlavə 2 |
|||
MÜŞTƏRİ ANKETİ
hüquqi şəxs üçün
1. Hüquqi şəxsin tam adı: ________________________________________________
2. Yerləşdiyi ünvan:_____________________________________________________
3. Rəhbər şəxs (vəzifəsi, S.A.A.): __________________________________________
4. Müqaviləni imzalamaq hüququ olan səlahiyyətli şəxs (vəzifəsi, S.A.A.): _____________________________________________________________________
5. Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi__________________________________
6. Hüquqi şəxsin bank rekvizitləri:_________________________________________
7. Dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi və tarixi: _____________________________________________________________________
8. Əlaqə vasitələri: __________________/___________________/_________________________ telefon faks e-mail
|
|||
M.Y. |
İmza: ___________/________________________________/
(ad, soyad, ata adı, vəzifəsi) “____”____________ “____”___il |
||
“İnvestisiya şirkətləri tərəfindən investisiya
xidmətlərinin (əməliyyatlarının) həyata
keçirilməsi Qaydası”na Əlavə 3
İmza və möhür nümunəsi vərəqəsi
Hesabın sahibi (tam adı) | ||
VÖEN | ||
Ünvan | ||
Tel. N Faks N | ||
İmza səlahiyyətinə malik şəxs(lər) | ||
Adı, atasının adı, soyadı | Vəzifəsi | İmza nümunəsi |
Qeyd: Bir neçə imza olduqda, hesab üzrə sərəncamın etibarlı olması barədə qeyd: | Möhür əksinin nümunəsi |
M.Y.
|
İmza: ___________/________________________________/ (ad, soyad, ata adı, vəzifəsi) “____”____________ “____”___il |
“İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata
keçirilməsi Qaydası”na Əlavə 4
ƏLAVƏ EYNİLƏŞDİRMƏ MƏLUMATLARI
- Müştəri tərəfindən əlavə məlumatların təqdim edilmə tarixi:
________________________________________________________________________
FİZİKİ ŞƏXSLƏRƏ DAİR (ÜMUMİ)
________________________________________________________________________
- Əvvəlki adı, soyadı, atasının adı, və müvafiq olaraq dəyişilmə tarixləri barədə məlumat (olduqda):
- Üçüncü şəxs adından, üçüncü şəxsin xeyrinə və ya üçüncü şəxsin vəsaitləri (əmlakı) ilə əməliyyatlar aparılacaqsa, həmin şəxs(lər) hüquqi şəxs olduqda adı, qeydiyyat ölkəsi, fiziki şəxs olduqda adı, soyadı, atasının adı, təvəllüdü, habelə həmin şəxslərə aid vəsaitlərin məbləği (manat ekvivalentində):
- Hazırkı iş yeri, vəzifəsi:
- Gəlirin əsas mənbələri:
Gəlir mənbəyi | Son 1 ildə orta aylıq gəlirin həcmi (manat ekvivalentində) |
Əmək haqqı | |
Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir | |
Pensiya, sosial müavinətlər, sosial yardımlar və digər sosial ödənişlər | |
İcarədən, rentadan, royaltidən əldə olunan gəlir | |
Depozit faizləri | |
Dividend ödənişləri | |
Maddi yardım | |
Digər (qeyd edilir) |
- Hesabları olan bankların adları (ölkələri):
__________________________________________________________________
SİYASİ XADİMLƏRƏ VƏ ƏLAQƏSİ OLAN DİGƏR ŞƏXSLƏRƏ DAİR
__________________________________________________________________
- Müştəri (və ya onun nümayəndəsi) siyasi xadim olduqda:
7.1. Tutduğu və / və ya tutmuş olduğu siyasi vəzifələrinin, iş yerlərinin adı və çalışma tarixləri;
7.2. Ailə üzvlərinin və yaxın qohumlarının (ər/arvad, ata/ana, övlad, baba/nənə, nəvə, qardaş/bacı, övladlığa götürülən, övladlığa götürən) adı, soyadı, atasının adı, təvəllüdü.
- Müştəri (və ya onun nümayəndəsi) siyasi xadimin ailə üzvü, qohumu və ya tərəfdaşı olduqda:
8.1. Əlaqəsi olan siyasi xadimin adı, soyadı, atasının adı, təvəllüdü, iş yeri, vəzifəsi;
8.2. Əlaqəsinin mahiyyəti (qohumluq dərəcəsi və / və ya tərəfdaşlığın mahiyyəti).
__________________________________________________________________
SAHİBKARLIQ FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLAN FİZİKİ ŞƏXSLƏRƏ DAİR
__________________________________________________________________
- Hazırkı fəaliyyət sahələri:
- Sahibkarlıq fəaliyyəti üzrə filial və nümayəndəliklərinin sayı:
- Sahibkarlıq fəaliyyəti üzrə işçilərinin ümumi sayı:
- Hazırkı aktivlərin həcmi (manat ekvivalentində):
- Son 12 aylıq dövrdə mənfəətinin orta aylıq həcmi (manat ekvivalentində):
- Son 12 aylıq dövrdə orta aylıq dövriyyəsi (manat ekvivalentində):
- Son 12 aylıq dövrdə xaricə edilən köçürmələrin orta aylıq məbləği (manat ekvivalentində):
- Son 12 aylıq dövrdə xaricdən edilən köçürmələrin orta aylıq məbləği (manat ekvivalentində):
__________________________________________________________________
HÜQUQİ ŞƏXSLƏRƏ DAİR
__________________________________________________________________
- Əvvəlki ad(lar)ı, adların dəyişilmə tarixləri, əvvəlki idarəetmə orqan(lar)ının rəhbər(lər)inin, 10%-dən yuxarı həcmdə paya malik olan təsisçil(ər)in, səhmdar(lar)ın adları, soyadı, atasının adı, təvəllüdü, onların dəyişilmə tarixi barədə məlumat:
- Üçüncü şəxs adından, üçüncü şəxsin xeyrinə və ya üçüncü şəxsin vəsaitləri (əmlakı) ilə əməliyyatlar aparılacaqsa həmin şəxs(lər)in hüquqi şəxs olduqda adı, qeydiyyat ölkəsi, fiziki şəxs olduqda adı, soyadı, atasının adı, təvəllüdü, habelə həmin şəxslərə aid vəsaitlərin məbləği (manat ekvivalentində):
- Hazırkı fəaliyyət sahələri:
- Filial və nümayəndəliklərinin sayı:
- Əməkdaşlarının ümumi sayı:
- Hesabları olan bankların (hesab açıldığı ölkənin adı qeyd olunmaqla) adları:
- Hazırkı aktivlərin həcmi (manat ekvivalentində):
- Son 12 aylıq dövrdə mənfəətinin orta aylıq həcmi (manat ekvivalentində):
- Son 12 aylıq dövrdə orta aylıq dövriyyəsi (manat ekvivalentində):
- Son 12 aylıq dövrdə xaricə edilən köçürmələrin orta aylıq məbləği (manat ekvivalentində);
- Son 12 aylıq dövrdə xaricdən edilən köçürmələrin orta aylıq məbləği (manat ekvivalentində):
- Rəhbərlərindən, kapitalında 10%-dən yuxarı həcmdə paya malik olan təsisçilərindən, səhmdarlarından, hesabına imza hüququna malik olan şəxslərdən və ya digər nümayəndələrindən birinin siyasi xadim olması:
28.1. şəxsin adı, soyadı, atasının adı, təvəllüdü, həmin vəzifənin, iş yerinin adı və vəzifənin tutması tarixləri;
28.2. şəxs hazırda və ya əvvəllər belə vəzifələri tutan şəxslərin qohumu olduqda, həmin vəzifələri tutan şəxslərin adı, soyadı, atasının adı, təvəllüdü, iş yeri, vəzifəsi və qohumluq dərəcəsi (ər/arvad, ata/ana, övlad, baba/nənə, nəvə, qardaş/bacı, övladlığa götürülən, övladlığa götürən).
- 10%-dən yuxarı həcmdə paya malik olan hüquqi şəxs olan təsisçilərinin və səhmdarlarının rəhbərləri, təsisçiləri, səhmdarları barədə eyniləşdirmə məlumatları.