TURİZM

İngiltərə Türkiyə üzərindən səyahət qadağasını götürüb

İngiltərə hökuməti koronavirus pandemiyası səbəbindən karantin tədbirləri çərçivəsində başladılan və səyahəti məhdudlaşdıran qırmızı ölkələr sıyahısından Türkiyəni çıxarıb.

Türkiyə də daxil olmaqla on ölkə üzərində qoyulan qadağa ləğv edilib.

Qərar oktyabrın 4 -dən qüvvəyə minəcək.

Bununla da Türkiyədən İngiltərəyə səyahət edən və ya İngiltərədən Türkiyəyə gedib qayıdanlar 10 günlük karantində qalmayacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)