Sosial iqtisadiyyat

“Qarabağ”ın oyununa görə metro xüsusi planla işləyəcək

Bu gün saat 20:45-də Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək “Qarabağ” – “Bazel” oyununa görə “Bakı Metropoliteni” QSC-nin “Koroğlu” stansiyası gücləndirlmiş iş rejimində çalışacaq.

Bu açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, gücləndirlmiş iş rejimi qurumun xüsusi əməliyyat planına əsasən tətbiq ediləcək:

“Metronun hər bir stansiya ilə bağlı xüsusi əməliyyat planı olur. BOS-da keçirilən tədbirlər zamanı da “Koroğlu” stansiyası üçün nəzərdə tutulmuş plan tətbiq ediləcək. Sərnişinlərin və qonaqların metrodan rahat istifadəsi üçün ehtiyat qatarların xəttə buraxılması nəzərdə tutulur. Əgər ehtiyac olarsa, “Koroğlu” stansiyasının iş rejimi 15 dəqiqə artırıla bilər. Onu da qeyd edim ki, əvvəlki oyunlar zamanı təcrübələrimizə əsaslanaraq, bu müddətin bizə sərnişin axınını idarə etməyə kömək edəcək”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department