Vakansiyalar

Sinteks Şirkətlər Qrupu işçilər axtarır - VAKANSİYA

Sinteks Şirkətlər qrupuna hal hazırda Administrator Kassir tələb olunur.

Vəzifənin rolu:

Bu vəzifənin rolu pul vəsaitlərinin və məhsulların hərəkətinə nəzarət etməkdir.

Vəzifə öhdəlikləri:

• Mağazanın vaxtında açılıb-bağlanmasını təmin edir
• Mağazada təmizliyə və səliqəyə nəzarət edir
• Mağazada inzibati işləri idarə edir
• Kassa əməliyyatlarını icra edir
• Mağazada müştəri xidmətinin yüksək standartlarına uyğun xidmət göstərir
• Günün yekun hesabatını aparır, təhvil veriləcək pulun mühafizəsini təmin edir, pulu və POS-terminal qəbzlərini aidiyyatı üzrə təhvil verir
• Məhsulları mağazaya qəbul edir və təftiş zamanı iştirak edir
• Mağazada mövcud olan məhsulun, inventarın saxlanması və yerdəyişməsinə nəzarət edir
• Qiymət etiketlərinin uyğunluğuna və mövcudluğuna nəzarət edir

Əsas tələblər:

Təhsil:
• Maliyyə/İqtisadiyyat və ya digər müvafiq sahədə Ali təhsil

Təcrübə:
• Administrator - Kassir kimi 2-3 il iş təcrübəsi

Professional Biliklər:
• Kassa aparatı və Pos terminalın istismar qaydaları
• Müştəri xidmətinin əsasları
• Rus dilləri mükəmməl, İngilis dili arzuolunandır
• MS Office və satış Proqramlarını bilmək

Professional Bacarıqlar və Kompetensiyalar:
• Məsuliyyət
• Detallara diqqət
• Nizam-İntizam
• Stressə davamlılıq

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Administrator Kassir” qeyd edərək recruitment.sales@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.

***

Sinteks Şirkətlər qrupuna hal hazırda Kiçik satış təmsilçisi tələb olunur.

Vəzifənin rolu:

Bu vəzifənin rolu satış prosesini öyrənməkdir.

Vəzifə öhdəlikləri:

• Şatışın həyata keçirilməsinə dəstək göstərir
• Mağazada və anbarda məhsullların mövcudluğuna və çeşidlərinə dair məlumatları bilir
• İş əsnasında şirkətin peşəkar satış texnikasını öyrənir
• “Total Look” satışlarının ideya və spesifik xüsusiyyətlərini öyrənir
• Ticarət salonunda müştərilərə standartlara uyğun xidmət göstərir
• Ticarət salonunun iş qrafikinə, şirkətin nizam-intizam qaydalarına riayət edir
• Şirkətə məxsus əmlakların qorunub saxlanılmasını təmin edir, talama təhlükəsi olduğu halda birbaşa rəhbərini məlumatlandırır

Əsas tələblər:

Təhsil:
• Xüsusi təhsil tələb olunmur, Ali təhsil arzuolunandır

Təcrübə:
• Xüsusi təcrübə tələb olunmur

Professional Biliklər:
• Rus dili mükəmməl, İngilis dili arzuolunandır

Professional Bacarıqlar və Kompetensiyalar:
• Ünsiyyət bacarıqları
• Məsuliyyət
• Məqsədyönlülük

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Kiçik satış təmsilçisi” qeyd edərək recruitment.sales@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department