Azərbaycanda ən çox satılan mobil telefon markaları açıqlandı
2021-ci ilin avqust ayında Azərbaycanın mobil qurğular bazarında "Samsung" liderliyini qoruyub.
Xiaomi şirkəti Mi brendindən imtina edəcək
ENA.az bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.
Hesabat dövründə smartfon və mobil telefonlar bazarında "Samsung"un payı iyul ayı ilə müqayisədə 1,1 faiz azalaraq 43,37 faiz təşkil edib.
İkinci yerdə qərarlaşan "Xiaomi"nin bazarda payı 0,38 faiz artaraq 34,2 faiz olub.
"Apple" smartfonlarının payı isə iyulla müqayisədə 0,77 faiz azalıb və 14,57 faizə bərabər olub.
Azərbaycanın mobil qurğular bazarında digər markaların payı isə 5,5 faiz təşkil edib.(trend)