MALİYYƏ

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev "Ağstafa və Qazax rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.

ENA.az xəbər verir ki, Sərəncamla Ağstafa və Qazax rayonlarının əhalisi 49420 nəfər olan 14 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 16 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,12 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Sıra

№si

Rayonun adı

Quyuların sayı, ədəd

Yaşayış məntəqələrinin adı

Əhalinin sayı, nəfər

1.

Ağstafa

6

Aşağı Göycəli kəndi

2547

Göycəli kəndi (2 quyu)

2774

Köhnəqışlaq kəndi

698

Tatlı kəndi (2 quyu)

2741

2.

Qazax

10

Ağköynək kəndi

3815

Aslanbəyli kəndi

4323

Aşağı Salahlı kəndi

1971

Bala Çaylı kəndi

1240

Cəfərli kəndi

1268

Çaylı kəndi

8069

Daş Salahlı kəndi

10823

Xanlıqlar kəndi

3705

Kəmərli kəndi

3221

Qaymaqlı kəndi

2225

 

Cəmi:

16

14

49 420

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department