DOST Agentliyi 112 min manata maşın aldı
“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” “4 saylı Bakı DOST və 6 saylı DOST Mərkəzləri üçün 4 ədəd minivan tipli avtonəqliyyat vasitəsinin satın alınması” üçün keçirdiyi tenderi yekunlaşdırıb.
ENA.az xəbər verir ki, qalib şirkət “Xəzər Lizinq” MMC-dir.
Agentlik qalib şirkət ilə məbləği 112 min manat olan müqavilə imzalayıb.