MALİYYƏ

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 6% artıb

Bu ilin yanvar-avqust aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 2 810,056 milyon manat təşkil edib.

ENA.az DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,2% çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 17,7% artaraq 762,459 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 1,6% azalaraq 1 913,105 milyon manat, aksizlər üzrə daxilolmalar 18,3% artaraq 106,388 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 16,4% artaraq 28,102 milyon manat olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)