Dövlət Turizm Agentliyi sədrinə yeni müşavir təyin olunub
Dövlət Turizm Agentliyinin (DTA) sədrinə yeni müşavir təyin olunub.
Məlumata görə, bununla bağlı DTA sədri Fuad Nağıyev əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Kənan Quluzadə təyin olunub.
Qeyd edək ki, K.Quluzadə bu təyinatadək Agentliyin mətbuat katibi vəzifəsində çalışıb.