Azərbaycanda akkumulyator batareyalarının istehsalı zavodu açıldı
Sentyabrın 3-də Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) açılışı olub.
EAA.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
“Azmonbat” MMC-nin fəaliyyət istiqamətləri aşağıdakılardır:
– Əhalidə, dövlət və qeyri dövlət təşkilatlarında istifadə müddəti bitmiş qurğuşun tərkibli akkumulyator batareyalarını ətraf mühitə heç bir ziyan vurmadan toplanıb utilizasiya edilməsi.
– Utilizasiya prosesi zamanı utilizasiya edilən məhsuldan yeni məhsul istehsalı üçün maksimum dərəcədə çox xammal bərpa edilməsi.
– Müasir tələblərə cavab verən keyfiyyətli qurğuşun-turşulu akkumulyator batareyalarının istehsalı
– Ölkəmizin bütün regionlarında müasir standartlara cavab verən tullantı akkumulyatorların qəbulu və yeni akkumulyatorların satışı və servis edilməsi məntəqələrinin əhalinin xidmətinə verilməsi.