Azersun Holding işçi axtarır - VAKANSİYA

Kateqoriya meneceri

Namizədə aid tələblər:

• Ali təhsil (menecment, iqtisadiyyat, marketinq sahəsində);
• Müvafiq sahədə 1-3 il iş təcrübəsi;
• Ünsiyyət qurabilmə, Azərbaycan dilində səlist danışıq bacarığı olmalı;
• Bazar qiymətləri, rəqabətlilik haqqında məlumatlı olmalı;
• Müxtəlif bölgələrdəki marketləri və müştəri profillərini yaxşı bilməli;
• Rus dili və İngilis dili biliyi arzu olunandır.
• MS Office proqramlarını əla səviyyədə bilməli;

İş haqqında məlumat:

• Satış analizləri və bazar araşdırmalarının həyata keçirilməsi;
• Bazarda olan məhsulların çeşid və keyfiyyəti haqqında araşdırmaların aparılması;
• Marketlərlə promo-aksiyalarla bağlı işlərin aparılması;
• Məhsul seçimi və qiymət məsələləri ilə bağlı müvafiq şirkətlərlə görüşmələrin aparılması;
• Endirim kataloqlarının planlanması;
• Müxtəlif kateqoriyalarda yeni trendlərin araşdırılması;
• Firmalarla imzalanan illik müqavilə şərtlərinin il boyunca tətbiq olunmasına nəzarət edilməsi;
• Firmalardan gələn qiymət listlərin və qiymət dəyişikliklərinin nəzarətdə saxlanması və incələnməsi;
• Tədarükçülər ilə kataloq müqavilələri və kataloq məhsul yerləşiminin planlanması;
• Tədarükçü dəyərləndirmələrinin dilməsi və daimi olaraq ünsiyyətdə olmaq;
• Dövri olaraq hesabatların hazırlanması.

İş yeri: Bakı şəhəri

İş qrafiki: Həftə içi 5 gün, 09:00-18:00.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@azersun.com elektron ünvanına başlıq hissəsində ``Kateqoriya meneceri`` yazaraq göndərə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department