Sənaye

“Neftmaştəmir”ə yeni direktor təyin ediləcək

11 oktyabr 2021-ci il tarixində “Neftmaştəmir” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

ENA.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə Cəmiyyətin direktorunun fəaliyyətinə xitam verilməsi və yeni direktorun təyin edilməsi daxildir.

Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.

Yığıncaq “Neftmaştəmir” ASC-nin Bakı şəhəri, Zabrat 1 qəsəbəsi, Oktyabr küçəsi 52 ünvanında yerləşən binasında keçiriləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)