ENA+

Kabildə bankların fəaliyyəti bərpa edilib

Kabildə Əfqanıstanın ərazisi “Taliban” tərəfindən ələ keçirildikdən sonra on gün ərzində ilk dəfə bankların fəaliyyəti bərpa edilib.

Bu barədə “Secretmag” xəbər verir.

Yerli sakinlərin pul çıxarmaq üçün bank filiallarına və bankomatlara axını başlayıb.

Verilən məlumata görə, “Taliban” rejimi pul çatışmazlığı və humanitar böhranla üzləşdiyi üçün Əfqanıstan Maliyyə Nazirliyi və Mərkəzi Bank rəsmiləri bankları açmağa məcbur olub.

Hələki yerli sakinlərə az miqdarda pul verilir. Şahidlərin sözlərinə görə, banklara növbələr düzülüb və taliblər insanları çubuqlarla sıralayır. Bundan əlavə, Əfqanıstanda benzin, un və düyü qiymətlərinin sürətlə artdığı bildirilir.

Xatırladaq ki, daha əvvəl Amerikanın “Western Union” şirkəti Əfqanıstana pul köçürmələrini dayandırıb. Əfqanların yarıdan çoxu yoxsulluq içində yaşayır və bir çox ailələr xaricdəki qohumlardan maddi yardım alır. Təkcə 2020-ci ildə Əfqanıstana yüz milyonlarla dollar pul köçürülüb.

Daha sonra “Taliban” iqtisadçısının Əfqanıstan Mərkəzi Bankına sədr təyin edildiyi məlum olub. Əfqanıstandakı vəziyyət son bir neçə həftədə gərginləşib. Avqustun 15-i taliblər Əfqanıstanın bütün ərazisi üzərindəki nəzarəti öz əllərin alıblar. Ölkə prezidenti Əşrəf Qani pullarını götürüb BƏƏ-yə qaçıb

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)