Sentyabrın 1-dən bu məkanlarda “COVID” pasportu tələb olunacaq
Dünyada pandemiya davam edir. Son günlər ərzində Azərbaycanda da koronavirusa yolxuma sayı kifayət qədər yüksəkdir”.
ENA.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Eləcə də bax: “Monitorinq həyata keçirən şəxslər mülki və polis formasında ticarət obyektlərinə daxil olacaqlar”
Prezidentin köməkçisi qeyd edib ki, sentyabrın 1-dən növbəti məhdudiyyətlər tətbiq olunacaq.
Onun sözlərinə görə, sentyabrın 1-dən yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:
- ictimai iaşə müəssisələrində;
- mehmanxanalarda;
- iri ticarət mərkəzlərində.
- təhsil ocaqlarında