Bank

Azərbaycanda 18 bankın əməliyyat xərcləri artıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 8-nin bu ilin I yarısındakı əməliyyat xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

Bunlar “Azərbaycan Sənaye Bankı”, “Premium Bank”, “Azər-Türk Bank”, “Yelo Bank”, “Express Bank” və “AFB Bank” ASC-lər, eləcə də İran və Pakistan Milli Banklarının Bakı filiallarıdır.

Ən çox azalma “AFB Bank”da (17,8%), ən az azalma isə İran bankında (0,2%) qeydə alınıb.

Qalan 18 bankın isə əməliyyat xərcləri artıb. Ən yüksək dinamika “Bank VTB Azərbaycan” ASC-də (40,7%), ən aşağı dinamika isə “Access Bank” QSC-də (1,4%) qeydə alınıb. 

5 bankın əməliyyat xərcləri 50 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu ilin I yarısındakı əməliyyat gəlirləri 50 milyon manatdan çox olub.

Bunlar “Kapital Bank” (183, milyon 456 min manat), “Azərbaycan Beynəlxalq Bankı” (150 milyon 384 min manat), “PAŞA Bank” (102 milyon 213 min manat), “Unibank” (60 milyon 942 min manat) ASC-lər, “Access Bank” QSC-dir (51 milyon 554 min manat).

Qalan 21 bankdan 15-də əməliyyat xərcləri 10-50 milyon manat arasında, 6 bankda isə 10 milyon manatdan azdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)