“Tam, sıfır xərclə biznes yoxdur”
“Tam, sıfır xərclə biznes yoxdur”.
“BI” xəbər verir ki, bunu keçirilmiş mətbuat konfransında Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva bildirib.
Eləcə də bax: "Zəruri tədbirlər görüləcək"
“Mən xərcsiz biznes təsəvvür etmirəm. Hər bir şəxsin nəqliyyat xərci də olsa xərci var. Buna görə, bir qrup sahibkarların ödədiyi verginin 4%-dən 5%-ə qalxdığı barədə deyilənlər ilə razı deyiləm. Hazırda sadələşdirilmiş vergi ödəyicisi olan bir qrup vergi ödəyicisi (xidməti müqavilə ilə işləyənlər-red) 2019-cu ildən gəlir və mənfəət vergisinin ödəyicisi olacaqlar. Biz istəyirik ki, ölkədə xərclərin düzgün uçotuna nail olaq. Vergi ödəyicisi cəmi gəlirindən cəmi xərclərini çıxdıqdan sonra qalan xalis gəlirdən və ya mənfəətdən 20% vergini hesablayacaqdır. Hesablanmış vergidən 75% güzəşt çıxıldıqdan sonra qalan məbləğ dövlət büdcəsinə köçürüləcəkdir”.