Bakı Nəqliyyat Agentliyi 2 günə 7 müqavilə bağladı - 3,4 MİLYON MANAT
Bakı Nəqliyyat Agentliyi elan etdiyi 7 tenderin nəticələrini açıqlayıb.
BI xəbər verir ki, qurum dekabrın 9 və 20-də həmin tenderlərin qalibləri ilə ümumi dəyəri 3 milyon 383 min 632 manat olan müqavilələr imzalayıb. Ən böyük məbləğ "Estet MMC"-yə ayrılıb. Şirkət Agentliyə yeni server və UPS otağının qurulması üçün avadanlıqların, soyutma sisteminin və təhlükəsizlik qurğularının alınması və qurulması iş və xidmətləri göstərəcək. Bunun üçün MMC-yə 3 milyon 194 min 372 manat ayrılıb.
Digər müqavilələr dəftərxana ləvazimatlarının, çap avadanlıqlarının alınması, eləcə də məsləhət xidmətlərinə xərclənib.
1 | Bakı Nəqliyyat Agentliyi | Estet MMC |
Yeni server və UPS otağının qurulması üçün avadanlıqların, soyutma sisteminin və təhlükəsizlik qurğularının alınması və qurulması iş və xidmətləri |
3194372.16 | 2018-12-19 |
2 | Bakı Nəqliyyat Agentliyi | Archico MMC |
Bakı şəhəri, Suraxanı rayonu, Zığ şosesi 95 ünvanında yerləşən 300 ədəd avtobus üçün nəzərdə tutulan avtobus parkının layihə-smeta sənədlərinin hazırlanması işləri |
96760.00 | 2018-12-19 |
3 | Bakı Nəqliyyat Agentliyi | Machinery Service MMC | Kartric və toner | 17369.00 | 2018-12-20 |
4 | Bakı Nəqliyyat Agentliyi | Machinery Service MMC | Dəftərxana və təsərrüfat malları | 14106.00 | 2018-12-20 |
5 | Bakı Nəqliyyat Agentliyi | Machinery Service MMC | Mətbəə xərcləri üzrə | 7725.00 | 2018-12-20 |
6 | Bakı Nəqliyyat Agentliyi | Machinery Service MMC | Çap avadanlığı | 4800.00 | 2018-12-20 |
7 | Bakı Nəqliyyat Agentliyi | Meyer MMC |
İSO sertifikatlaşdırma xidməti (İSO 9001 Keyfiyyəti İdarəetmə Sistemi (KİS) və Ətraf Mühiti İdarəetmə Sistemi (ƏMİS) Standartları üzrə konsultasiya xidməti) |
48500.00 | 2018-12-20 |