Sağlamlıq

ÜST-dən “Delta” ştamının yayılması ilə bağlı - XƏBƏRDARLIQ

“Koronavirusun “Delta” ştamının yayılması dünya ictimaiyyətinin "COVID-19"a qarşı mübarizə üçün gördüyü tədbirləri üstələyir”. 

ENA.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş katibi Tedros Adanom Qebreisus dünən keçirilən brifinq zamanı deyib.

Onun sözlərinə görə, hər ölkədə ən çox xəstəxanaya yerləşdirilmə və ölüm halları vaksinasiya səviyyəsi az olan, səhiyyə səviyyəsində tədbirlərin cüzi olduğu bölgələrdə baş verir. 

ÜST-ün məlumatına görə, dünyada 207,7 milyon nəfər koronavirusa yoluxub. Cons Hopkins Universitetinin hesablamasına görə isə yoluxanların sayı 208,6 milyonu ötüb. 4,3 milyondan çox insanı isə koronavirusdan xilas etmək mümkün olmayıb.

Hazırda koronavirusla bağlı ən çətin vəziyyət ABŞ, Hindistan və Braziliyada müşahidə edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)