Əsas məzmuna keç
Bakı +11°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Aqrar

Azərbaycan “laym” istehsalına başlayır – ilk dəfə becəriləcək

Azərbaycan “laym” istehsalına başlayır – ilk dəfə becəriləcək

AMEA Lənkəran Regional Elmi Mərkəzində (REM) 2 yeni sitrus bitkisi üzərində elmi-tədqiqat işlərinə başlanılıb.

ENA.az xəbər verir ki, mərkəz tərəfindən əldə olunan laym bitkisi  limondan fərqli olaraq, ildə bir dəfə deyil, bütün ilboyu bar verir.

Qeyd edək ki, Hazırda Lənkəran Regional Elmi Mərkəzinin “Sitrus kolleksiya bağı”nda Yaponiya, İran, Türkiyə və Rusiyanın Krasnodar vilayətindən gətirilən 12 növ limon, 7 naringi, 4 portağal, 4 qreypfrut və 3 quayava sort formaları daxil olmaqla 30 növ sitrus bitkisi üzərində elmi-tədqiqat işləri aparılır.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə