Vakansiyalar

"Amoris" işçi axtarır - MAAŞ 1000-1200 AZN

Hüquqşünas 

Şirkət haqqında:

Amoris MMC kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətdir.

İş barədə məlumat:

• Müəssisənin bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunu təmin etmək;
• Müvafiq əsasnamə, qayda, təlimat, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamaq və viza vermək;
• Cari qanunvericilik haqqında Cəmiyyətin fəaliyyətinə aid işçilərə sorğu və məsləhətlər, eləcə də təşkilati-hüquqi və başqa hüquqi məsələlərə rəylər vermək;
• Hüquqi sənəd (məktublar və s.) və müqavilələri tərtib etmək və hüquqi ekspertizanı həyata keçirmək;
• Başqa bölmələrin sorğusu əsasında Cəmiyyətdə müxtəlif əmr və digər normativ sənədlərin hazırlanmasını təşkil etmək, qüvvədə olan sənədlərə dəyişikliklər etmək və qüvvəsini itirən sənədlərin ləğv edilməsi haqqında təkliflər hazırlamaq;
• Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
• Müəssisənin fəaliyyəti çərçivəsində ortaya çıxmış hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak etmək;
• Müəssisənin fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, daxili normativ aktlara hüquqi rəy vermək;
• Hər hansı mübahisəli məsələlər ilə bağlı məhkəməyə qədər zəruri tədbirlər görmək;
• Cəmiyyəti məhkəmə və hüquq-mühafizə, habelə digər dövlət orqanlarında təmsil etmək.
• Müqavilə, maliyyə, əmək intizamının möhkəmləndirilməsinə görə keçirilən tədbirlərdə iştirak edir;
• Maddi və intizam məsuliyyətinə cəlb olunan işçilərin sənədlərinə hüquqi rəy verir;
• Debitor borcları üzrə materiallarının baxılmasında iştirak edir;
• Cəmiyyətə daxil olan hüquqi əhəmiyyətli sənədlərin baxılmasında iştirak edir;

TƏLƏBLƏR:

• Təhsil dərəcəsi: Bakalavr (hüquq qanunvericiliyini tam şəkildə bilməlidir)
• Təcrübə: Sahə üzrə ən az 1 il,
• Məsuliyyətlilik
• Ünsiyyət qurmaq bacarığı
• Etibarlılıq
• Detallara fikir vermək qabiliyyəti
• Azərbaycan, Rus dili- əla və İngilis dili-yaxşı səviyyədə bilmək
• Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook və s.)
• Əmək haqqı: 1000-1200
• İş yeri – Bakı şəhəri

E-mail: xayala.aliyeva@amoris.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department