Hadisə

Fransadan Roma Papasına güllələr yerləşdirilən zərf göndərilib

İtaliyada Milan şəhəri yaxınlığında yerləşən poçtun çeşidləmə mərkəzinin əməkdaşları içərisində Roma Papası Fransiskə ünvanlanmış 3 güllənin olduğu zərf aşkar ediblər.

Bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb.

Məlumata görə, zərfdə Vatikandakı maliyyə əməliyyatlarına dair müraciət olub. Məktub karabinerlər tərəfindən müsadirə edilib, polis araşdırmaya başlayıb.

ANSA agentliyi zərfin Fransadan göndərildiyini yazıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)