Vakansiyalar

Şirkət mühafizəçi axtarır - VAKANSİYA

Mühafizəçi

İşəgötürən: GESCO ASC 
Ziya Bünyadov pr. 1965 məh., "Çinar Park" Biznes Mərkəzi, Bina 5
Telefon: (+994 12) 310-05-77
Mob: (+994 55) 206-87-89, (+994 55) 207-00-40

Əmək haqqı 600 AZN-ə qədər

"GESCO" Şirkəti fiziki cəhətdən sağlam, üzün müddət idmanla məşğul olan, rus dilini yüksək səviyyədə bilən və mühafizə sahəsində çalışmaq həvəsi olan insanları daimi əməkdaşlıq etməyə dəvət edir.

Tələblər:

- Yaş 25-40;
- Kişi namizədlər;
- Boy: 175-dən yuxarı olmalı;
- Hərbi xidmət keçmiş olması mütləqdir;
- Azərbaycan vətəndaşı olmalı;
- Rus dilini yüksək danışıq səviyyəsində, Ingilis dilini isə orta səviyyədə bilməli;
- Mühafizə kursu bitirənlərə üstünlük verilir.

Ancaq yuxarıda qeyd edilən parametrlərə cavab verən namizədlərin müraciətinə baxılacaqdır.

Vəzifələr:

- İnsanların, binaların və inventarın fiziki təhlükəsizliyinin təmini
- Ətraf ərazilərin qorunması,həmin ərazilərə kənar şəxslərin icazəsiz daxil olmasınin qarşısının alınması
- Yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi
- Buraxılış və obyektdaxili rejim qaydalarına əməl olunmasının təmin edilməsi
- Fövqəladə hallar zamanı insanların və zəruri inventarın təxliyəsinin təşkil edilməsi
- Təhlükəsizliyin təmin edilməsi səviyyəsinin mütəmadi diaqnostikası

İş şəraiti:

- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun iş şəraiti.
- İş rejimi –növbəli
- İstirahət vaxtı- qrafikə uyğun şəkildə tənzimlənir.

E-mail: cv@gesco.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department