Lukaşenko silahlı qüvvələrə sərhədləri bağlamağı tapşırıb
Belarusun prezidenti Aleksandr Lukaşenko silahlı qüvvələrə sərhədləri bağlamağı tapşırıb.
ENA.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Bu gündən etibarən istər cənubdan, istərsə də qərbdən bizimlə həmsərhəd olan dövlətlərdən Belarus ərazisinə heç bir ayaq dəyməməlidir”, – deyə “Sputnik Belarus” agentliyi sərhəddəki vəziyyətlə bağlı müşavirədən Belarus liderinin sözlərinə istinadən yazıb.