Vakansiyalar

Global Management işçi axtarır - VAKANSİYA

Kargüzar

1. Şirkətdə kargüzarlıq işini təşkil edir və həyata keçirir
2. Cəmiyyətə daxil olan sənədlərin qəbulunu, rəsmiləşdirilməsini və rəhbərliyin yazılı, habelə şifahi göstərişlərinə əsasən struktur bölmələri üzrə paylanmasını təşkil etmək;
3. Cəmiyyətin bütün struktur bölmələrində vahid kargüzarlıq sisteminin təşkil olunmasını təmin etmək və bu işin təşkili sahəsində onlara zəruri köməklik göstərmək;
4. Kargüzarlıq işinin səmərəli təşkili, sənədlərin sistemləşdirilməsi və qeydiyyatını aparmaq, habelə arxiv işinin aparılmasını təmin etmək;
5. Qonaqları qarşılamaq, telefon zənglərinə cavab vermək və aidiyyəti üzrə yönləndirmək, təşkilatın rəsmi yazışması, məktublaşmanı idarə etmək;
6. Sənədləri, hesabatları, təqdimatları hazırlamaq və təqdim etmək;
7. Əmrləri və protokolları qeydiyyatını aparmaq və saxlanılmasını təmin etmək;
8. Sürücü və ya poçt xidməti şirkəti ilə əlaqə saxlamaq və sənədin vaxtında göndərilməsini və çatdırılmaya nəzarəti təmin etmək;
9. Şirkət işçilərinin hər hansı idarə və təşkilatlara getməsi üçün nəqliyyatı təşkil etmək;
10. Rəhbərliyin tapşırıqlarının keyfiyyətlə və vaxtında yerinə yetirilməsi.

• Təhsil – Orta-ixtisas, Ali.
• Təcrübə – 1- 3 il
• Cinsi – Qadın
• Dil bilikləri – Azərbaycan dili, Rus dili.
• Sərbəst komputer istifadəçisi
• Proqram bilikləri – Ms Word
• Əmək mədəniyyəti, xidməti işgüzar ünsiyyət etikasını bilməli.
• Gülərüz, xoş görünüşlü olmalıdır.
• Əmək haqqı : 600 – 800 AZN NET.

E-mail: hr@management.az 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department