BİZNES

“Nurgün” Şirkətlər Qrupunun rəhbəri dəyişdi

Azərbaycanda tanınmış “Nurgün” Şirkətlər Qrupunun yeni Baş icraçı direktoru (CEO) təyin edilib.

ENA.az xəbər verir ki, bu, Surxay Əhmədov Tofiq oğludur.

O, bu vəzifədə Famil Nəsibov Nofəl oğlunu əvəzləyib.

Surxay Əhmədov 2011-ci ildən şirkətlər qrupuna daxil olan “Nurgün Motors” MMC-nin rəhbəridir. O, həmçinin 2003-2009-cu illərdə qrupa daxil olan “NBC Bank” ASC (ləğv edilib) İdarə Heyətinin sədri, 2019-2021-ci ilə qədər isə “Rəvan Sığorta” ASC-nin (ləğv edilib) direktorlar şurasının sədri kimi çalışıb.

“Nurgün” Şirkətlər Qrupu  1994-cü ildə təsis edilib. Şirkət Azərbaycanda avtomobil sektoru, maliyyə, inşaat və istehsal, ticarətdə fəaliyyət göstərir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)