Ölkədən çıxışına qadağa qoyulanlara - DAHA BİR ŞANS
Azərbaycanda borcu görə ölkədən çıxışına qadağa qoyulanları maraqlı yenilik gözləyir.
"BI" xəbər verir ki, yaxın vaxtlarda belə şəxslər borclarını və onlara tətbiqedilən sanksyaları elə hava limanında və ya vağzalda ödəyib, ölkəni tərk edə biləcəklər.
Ədliyyə Nazirliyinin Qediyyat və notariat baş idarə rəisinin müavini Mehman Soltanov bildirib ki, bu yenilik ölkədə yeni yaradılan «Elektron notariat» sistemi sayəsində mümkün olub.
M.Soltanov bildirib ki, bu sistem vasitəsilə notariut əməliyyatlarının fasiləsiz rejimdə – 24 saat ərzində aparılması mümkün olub. Təxirəsalınmaz notarius əməliyyatlarının aparılması üçün yeni yaradılan elektron ədliyyə köşklərindən istifadə ediləcək.
Bu köşklər təcili ədliyyə xidmətlərinə ehtiyac yarandığı yerlərdə, o cümlədən sərhəddə, hava və dəniz limanlarında, dəmir yolu vağzallarında quraşdırılacaq. Köşklər notariuslarla videoəlaqə vasitəsilə notariat hərəkətinin rəsmiləşdirilməsinə və sənədlərin bilavasitə yerində əldə edilməsinə şərait yaradacaq. Həftənin bütün günləri 24 saat fəaliyyət göstərən bu innovativ qurğudan istifadə edərək borca görə ölkədən çıxışına məhdudiyyət qoyulmuş şəxslər ödənişləri həyata keçirə və məhdudiyyəti avtomatlaşdırılmış qaydada aradan qaldıra bilərlər.
Artıq 2019-cu ildən bu köşklər ilk növbədə Bakı hava limanı və dəmiryolunda olmaqla, sonradan ölkənin bütün çıxışlarında quraşdırılacaq. Rəis müavini bildirib ki, bu köşklər əsasən ölkədən çıxan vətəndaşlar üçün valideyn icazəsi və ya etibarnamələrin tərtibi ilə məşğul olacaq: «Bəzən belə hallar olur ki, bir valideyn sadəcə qaydaları bilmədiyinə görə övladı ilə xaricə çıcarkən digər valideyinin razılığını almır və sərhəddə problemlə üzləşir. Bu köşklər isə həmin məsələni yerindəcə həll etməyə və razılıq alınmasına imkan verəcək. Eyni məsələ etibarnamələrin verilməsinə də aiddir».
Gələcəkdə həqiqətən də proqram təminatı yaradılacaq və o köşklərin o funksiyaları olacaq.
Amma yeni sistemin ən maraqlı yeniliyi borcu olan və həmin borca görə ölkədən çıxışına məhdudiyyət qoyulanlara aiddir. Belə ki, həmin şəxslər hava limanı və aeroportlarda, elə yerindəcə borclarını ödəyib çıxışlarına qoyulan məhdudiyəti götürə biləcəklər.
M.Soltanov bildirib ki, sistemin fasiləsiz işləmçsi üçün notariusların növbətçilik cədvəli tutulacaq: «Onlara əvvəlcədən xəbərdarlıq ediləcək və onlar axşam saatlarında səhərə qədər öz ofislərində növbə çəkəcəklər. Notariusların hava limanı və vağzallarla əlaqələndirilməsi xüsusi elektron sistem və elektron notarius köşkləri vasitəsilə həyata keçiriəcək».
Notariat köşkləri kamera və elektron cihazlar, o cümlədən elektron imza oxuma qurğusu ilə təmin ediləcəklər. Bu qurğuların vasitəsilə hava limanındakı vətəndaşlar notariuslarla əlaqə saxlayacaqlar və lazım olan əməliyyat aparılacaq: «Bu zaman notarius vətəndaşla görüntülü danışacaq, ona lazımi suallar verəcək, cavablar alacaq və bu cavablar elektron imza ilə təsdiqlənəcək. Öz növbəsində notarius da elektron imza ilə bu əməliyyatı və sənədi təsdiqləyəcək»-deyə M.Soltanov bildirib.
Vətəndaşlar notariusun təqdim etdiyi sənədi, məsələn etibarnaməni, razılıq ərizəsini və sairi də elə həmin köşk vasitəsilə kağız şəklində əldə edib, sərhədçilərə təqdim edə biləcəklər. Paralel olaraq notariusun bu əməliyyatı və onun nəticəsi onlayn şəkildə Dövlət Sərhəd Xidmətinin elektron sistemlərinə də göndəriləcək. Başqa sözlə, vətəndaşın kağız şəklində aldığı informasiya sərhədçilərə onlayn rejimdə elektron formada çatdırılacaq: «Bu proses günün istənidən vaxtı – 24 saat ərzində aparılacaq»-deyə M.Soltanov bildirib.
Başqa sözlə, bu əməliyyatların apapılması üçün elektron imzanın olması şərtdir: «Hazırda belə imzanın alınması ilə bağlı yetərincə məlumat verilir və hər bir vətəndaşımız onu almaq imkanına malikdir».
İcra sisteminə bu məlumatına oturdulması da «Elektron notariat» sistemi vasitəsilə onlayn baş verəcək. Hazırda bununla bağlı xüsusi proqram təminatı hazırlanır. M.Soltanov bildirib ki, belə köşklərin yaradılması dünyada ilk dəfə olaraq Azərbaycanda tətbiq ediləcək.