Rusiya Təhlükəsizlik Şurası Azərbaycan-Ermənistan sərhədindəki hadisələri müzakirə edib
Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirib.
ENA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, iclasda Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər rayonu istiqamətində qeydə alınan sonuncu gərginliyi müzakirə edilib.
Kəlbəcərdəki vəziyyətlə yanaşı, Putin iclas iştirakçıları ilə Əfqanıstandakı son durumu və Taliban hərəkatının irəliləyişini də diqqətdə saxlayıb.
Xatırladaq ki, Kəlbəcər istiqamətində erməni tərəfinin atəşkəsi kobud pozması nəticəsində Ordumuzun 2 hərbi qulluqçusu yaralanmışdı.