“Muğan Bank” kredit portfelini böyüdüb - HESABAT
"Muğan Bank” 2021-ci ilin I yarısında aktivlərini 3,8% artıraraq 613,397 milyon manata yüksəldib. ENA.az xəbər verir ki, akitvlərinin 60,4%-ni kredit portfeli təşkil edən Bank bu ilin ötən altı ayında bu göstəricidə 10,4% artıma nail olub.
Bankın hesabatına görə, kredit portfelinin həcmi 371,017 milyon manat təşkil edir. Bunun 22,938 milyon manatı istehlak kreditləri (artım 5,8%), 242,436 milyon manatını biznes kreditləri (artım 19,3%) təşkil edir.
Bankın öhdəlikləri 3,5% artaraq 521,047 milyon manatdır. Bankda depozit portfelinin həcmi cəmi 277,376 milyon manat təşkil edir ki, bu 0,5% azalmanı göstərir. Əhalinin bankadı hesablarında isə 16,2% artaraq 243,217 milyon manata yüksəlib.
“Muğanbank”ın balans kapitalı 6,3% artaraq 92,35 milyon manat, nizamnamə kapitalı isə 4,9% artaraq 107,5 milyon manata çatıb.
Bu ilin I yarımilliyinin yekunları üzrə bankın xalis mənfəəti 555,69 min manata bərabər olub. Halbu ki, 2020-ci ilin eyni dövründə 1 milyon 880,77 min manat zərər açıqlamışdı. Gəlirləri illik müqayisədə 23,7% artaraq 28,49 milyon manat, xərcləri 16,5% artaraq 27,722 milyon manat, xüsusi ehtiyatlara ayırmaları isə 212 min manat təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
“Muğanbank” 1992-ci ilin noyabr ayında yaradılıb.