"Xalq Bank”ın mənfəəti 6 dəfə azalıb - HESABAT
Bu ilin 6 ayında "Xalq Bank”ın aktivləri 5,6% azalaraq 2 milyard 222,172 milyon manata düşüb. ENA.az xəbər verir ki, aktivlərin 63,2%-ni təşkil edən kredit portfelinin həcmində də kiçilmə davam edir. Belə ki, 2021-ci ilin yanvar-iyun aylarında bankın kredit portfeli daha 4,7% azalaraq 1 milyard 405,348 milyon manata enib. Son bir ildə isə bankın kredit portfeli 9,6% kiçilib.
"Xalq Bank”ın öhdəlikləri 1 milyard 785,357 milyon manat olub ki, bu da ötən 6 ayda 6,8% deməkdir. Xüsusən də depozit portfelində 9,2% azalma qeydə alınıb və həcmi 1 milyard 444,936 milyon manata bərabər olub.
"Xalq Bank"ın kapitalı 436,815 milyon manat, nizamnamə kapitalı 364 milyon 772,544 min manatdır.
Hesabat dövründə fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 3 dəfə azalaraq 5 milyon 819,48 min manat təşkil edib.
Yanvar-iyun aylarında “Xalq Bank”ın əməliyyat gəlirləri 52,834 milyon manat olub ki, bir il əvvəllə müqayisədə 23,4% azdır. Xərcləri isə 3.*% artaraq 35,932 milyon manata çatıb. Bank xüsusi ehtiyatlara 8,192 milyon manat ayırıb. Bank 2,942 milyon manat həcmində mənfəət vergisi ödəyib.
"Xalq Bank" fəaliyyət üçün lisenziyanı 2004-cü il dekabrın 30-da alıb və aktivlərinin həcminə görə ölkənin 5 bankı sırasındadır.