Türkiyədə Azərbaycan kapitallı 70-dən çox şirkət yaradılıb
Bu ilin ilk yarımilliyində Türkiyədə Azərbaycan kapitalı ilə 124 şirkət qeydiyyata alınıb.
ENA.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Ticarət və Sənaye Palatası verib.
Belə ki, bu il ötən ilin eyni dövrü ilə müqayisədə 73 şirkət çoxdur.
Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin kapitalı 37.225 milyon lirə təşkil edib
2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan şirkətlərinin 109-u İstanbulda qeydiyyata alınıb.