Sosial iqtisadiyyat

Əlillər və şəhid ailələri üçün mənzillərə 22,4 milyon ayrıldı - 1 GÜNDƏ 4 MÜQAVİLƏ

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni mənzillər tikiləcək.  

"BI"  dövlət satınalmaları reyestrinə istinadən  xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosisla Müdafiəsi Nazirliyi dekabrın 11-də 4 müqavilə bağlayıb. Onların ümumi dəyəri 22 milyon 400 min 399 manatdır.

Yeni mənzllərin bir hissəsinin tikintisi fiziki şəxsə - Məmmədli Məzahir Fərman oğluna həvalə edilib. Bunun üçün həmin şəxsə 941 min 262 manat vəsait ayrılıb.   

Həcminə görə ən böyük layihə  "Göy Qurşağı-Məmmədli" MTKya həvalə edilib.   Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin tikintisinə görə şirkətə   5,1 milyon manat ayrılıb.   Digər 2 müqavilə isə   "Mega Plus MTK"  və   "Şa-İnşaatçı MTK" ilə bağlanıb.   

 

15 Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi
 F/Ş: Məmmədli Məzahir
 Fərman oğlu
Qarabağ müharibəsi əlilləri və
şəhid ailələri üçün mənzillər
941262.00 2018-12-11
16 Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi
 Mega Plus MTK Qarabağ müharibəsi əlilləri və
şəhid ailələri üçün mənzillər
3632850.00 2018-12-11
17 Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi 
 Şa-İnşaatçı MTK   Qarabağ müharibəsi əlilləri və
şəhid ailələri üçün mənzillər
12767167.10 2018-12-11
18 Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi
 Göy Qurşağı-Məmmədli MTK Qarabağ müharibəsi əlilləri və
şəhid ailələri üçün mənzillər
5059120.00 2018-12-11
Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department