Əsas məzmuna keç
Bakı +13°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Biznes

Azərbaycanda ən çox hansı sahələrə investisiya qoyulub?

Azərbaycanda ən çox hansı sahələrə investisiya qoyulub?

Bu ilin ötən altı ayında iqtisadiyata pul qoyuluşu azalıb. ENA.az xəbər verir ki, 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 5 milyard 919,4 milyon manat təşkil edib. 

Dövlət Statistika Komitəsinin analoji dövr üzrə rəqəmlərinə baxsaq, bu ötən ilin eyni dövrünün göstəricisindən 7,6% azdır. 

Bu müddətdə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 2,8% azalaraq 2 milyard 741,2 milyon manat olub. Qeyri-neft qaz sektoruna yatırılan investisiyaların həcmi isə 11,3% kiçilib və 3 milyard 178,2 milyon manatdır.

Yanvar-iyun aylarında istifadə olunmuş vəsaitin 4 milyard 68,9 milyon manatı və ya 68,7%-i məhsul istehsalı sahələrinə, 1 milyard 381,5 milyon manatı və ya 23,4%-i xidmət sahələrinə, 469 milyon manatı və ya 7,9%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 2 milyard 309,1 milyon manatını və ya bütün investisiyaların 39%-ini xarici, 3 milyard 610,3 milyon manatını və ya 61%-ni daxili vəsaitlər təşkil edib.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda əsas kapitala vəsait qoyuluşları 8,3% azalmışdı və bu tendensiya yuxarıda göründüyü kimi davam edir.