Sosial iqtisadiyyat

“Bravo” narazılığa səbəb olmuş “erməni çantası”nı satışdan qaldırıb - FOTO

“Bravo” supermarketlər şəbəkəsi satışda olmuş çantaları ilə bağlı paylaşımlara aydınlıq gətirib.

ENA.az xəbər verir ki, şirkət bununla bağlı açıqlama yayıb: “Bu çantalar Çində istehsal olunmuş məhsullardır və yerli təchizatçı tərəfindən Bravo və digər satış nöqtələrinə tədarük olunub.”

Məsələnin həssaslığı nəzərə alınaraq məhsul satışdan qaldırılıb və təchizatçıya iadə olunub.

Qeyd edək ki, marketdə erməni logosu olan çantalar satışda olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)