SOCAR və TEKFEN-nin birə biznesi ziyanla işləməyə başlayıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “TEKFEN”nin birgə biznesi ziyanla işləməyə başlayıb.
ENA.az xəbər verir ki, bu barədə 2020-ci il üzrə hesabatda qeyd edilir.
Söhbət Azərbaycanda fəaliyyət göstərən tikinti və mühəndislik şirkəti “AZFEN” Birə Müəssisindən gedir. Birgə müəssisənin gəlirlərinin həcmi 364 mln. manat həcmində olmaqla, 2019-cu ildən 77 faiz üstələmiş olur.
“AZFEN” B.M.-in məhsulunun maya dəyəri 347 mln. manata qədər yüksəlməsi isə, şirkətin ümumi mənfəətinin 17 milyon manat qədər azaldıb (bu rəqəm 2019-da 19 mln. manat idi). 4 mln. manat isə “forex”dən (burada məzənnə dəyişməsi nəzərdə tutulut) gəlir əldə edib.
Şirkətin ümumi və inzibati xərclərinin həcmi cəmi 12 mln. manat olmuş (2019: 7 mln. manat), 15 mln. manat (1 mln. idi) digər xərclər yaranmış və beləliklə ilin sonuna 5 mln. manat vergiyəqədər mənfəət əldə edib. Əlavə 8 mln. manat mənfəət vergisi xərci “AZFEN”nin illik zərərini 13 mln. manata çatdırıb.
2019-cu ildə 6 mln. manat xalis mənfəət etmişdi.
Öncəki illərdə xalis mənfəəti: 2013-cü ildə 17 mln. manat, 2014-cü ildə 36 mln. manat, 2015-ci ildə 49 mln. manat, 2016-cı ildə 175 mln. manat, 2017-ci ildə 177 mln. manat, 2018-ci ildə 98 mln. manat olmuşdur.
“AZFEN” B.M. 1996-cı ilin yanvarında SOCAR (60% sahiblik hüququ ilə) və “TEKFEN İnşaat və Təsisat A.Ş.” (40% sahiblik hüququ ilə) tərəfindən təsis edilmişdir. Məqsəd neft şirkətləri üçün tikinti və mühəndislik işlərini həyata keçirməkdən ibarətdir.