"Uber" Azərbaycanda fəaliyyətini dayandırır
“Yandeks. Taksi” və “Uber” birləşmiş şirkət “Uber Russia” tətbiqini buraxıb. Köhnə "Uber" tətbiqi 2019-cu ilin yanvar ayından başlayaraq Rusiya, Belarus, Qazaxıstan və Azərbaycanda öz işini dayandıracaq.
"BI" xəbər verir ki, şirkətdə yeni tətbiqin Uber brendinin Rusiyada inkişafı üçün işə salındığı bildirilib.
Həmçinin servisin yeni üslubu tətbiq ediləcək – məsələn, Uberlə işləyən avtomobillərin görünüşü dəyişdiriləcək.
Tətbiqi “App Store” və “Google Play”-da əldə etmək mümkündür. Birləşən şirkət Uber-ə 2 milyard rubldan çox sərmayə yatırır. Bu xərclərə reklam, istifadəçilər üçün endirimlər və sürücülər üçün motivasiya proqramı daxildir.
Bəs Uber tətbiqində nə yenilik var?
“Uber Russia” raster xəritələri vektor xəritələri ilə əvəz ediləcək. Ona görə də tətbiq zəif internet daha sürətli işləyir və “Uber”in əvvəlki versiyasından üç dəfə az yer tutur.
Tətbiqin yeni funksiyaları meydana gəlib: sifarişə rəy yazmaq, səfər üçün “Apple Pay” və “Google Pay” vasitəsilə ödəniş etmək, eləcə də sürücüyə bəxşiş vermək olar. “Uber Russia” istifadəçilərə alternativ enmə nöqtələri təklif edəcək. Bu funksiyalar artıq “Yandeks. Taksi” tətbiqində işləkdir.
“Uber Russia”-da eləcə də “UberSelect+” tarifləri də əlçatan olacaq. Geniş və sakit salonlu rahat avtomobillər ilə “UberLux” və böyük şirkətlər üçün “UberVan” avtomobilləri təqdim ediləcək.
“Uber Russia”-dan necə istifadə etmək olar?
“Uber Russia”-da qeydiyyatdan keçmək üçün “Uber”ə bağlı olan telefon nömrəsini yazmaq lazımdır. Servis səfər tarixini, əlaqəli xəritələri, yadda qalan elektron poçtlar və sifarişlər haqqında hesabatları özü əlavə edir. “Uber Russia”-nın işə salınması şərəfinə istifadəçilər üçün 80% endirim vəd edir. Amma şirkətdən verilən məlumata görə, bu sürücülərin məvacibinə təsir etməyəcək.
“Yandeks”də “Uber Russia”-nın yardımı ilə tezliklə Belarus, Qazaxıstan və Azərbaycanda səfərlərin sifarişini həyata keçirmək mümkün olacaq. Digər səfərlərdə xaricdə adi “Uber” tətbiqindən istifadə etməli olacaqsınız. “Uber Russia”-da qiymətlər əvvəlki kimi olacaq.
“Uber Russia” ölkənin 50 şəhərində “Uber”in daha öncə işlədiyi 16 və 34 yeni şəhərdə işləyir. “Uber Russia” Barnaul, Belqorod, Blaqoveşensk, Vladivostok, Vladimir, Volqoqrad, İjevsk, Kalininqrad, Kurske, Lipetsk, naberejnı çelnı, Orenburq, Penze, Ryazan, Saratov, Smolensk, Stavropol, Surqut, Raqanroq, Taqanroq, Tomsk, Tula, Tümen, Ulyanovsk, Xabarovsk, Yeni Urenqoe, Kirov, Mahaçkala, Kaluqa, Saryansk, Bryansk, Tver, Murmansk, Kemereov və Çeboksarıda işləyəcək.
© insider.az