Vakansiyalar

Şirkətlər işçilər axtarır - VAKANSİYALAR

“Coffee mode” kofe mekanı “Xadimə” vakansiyasını açıq elan edir:

İş barədə məlumat:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Əmək haqqı - 350 AZN;
• Xanım namizədlər.

Əsas vəzifə və öhdəliklər:

- Gündəlik təmizlik və sanitariya işlərinin yerinə yetirilməsi;
- İş yerində təmizliyin tələb olunan standartlara cavab verməsini təmin etmək;

Namizədə qarşı tələblər:

- Kollektivdə işləmək və ünsiyyət qura bilmə bacarığı.

- İş qrafiki: həftə içi 6 gün (1 gün istirahət)

Göstərilən tələblərə cavab verən namizədlər öz CVlərini cofemodebaku@gmail.com elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Xadimə” şəklində göstərməyiniz xahiş olunur.

***

Embawood

Vəzifə adı: Satış məsləhətçisi
Iş qrafiki :
İş yeri: 6 günlük / 10:00 – 20:00
Bakı, Azərbaycan

Işin təsviri :

-Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tədbiq etmək
- Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək
- Satışı icra etmək
- Mağazada məhsulların düzülüşünə nəzarət etmək
- Mağazanın təmizliyinə nəzarət etmək

Tələblər :

- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı
- Satış qabiliyyəti olmalı


Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı “ Satış məsləhətçisi” qeyd edib bu ünvana göndərəsiniz. career@embawood.com

***

Resant Group

Camaşırxana şöbəsinin müdiri (Otel)

Əsas vəzifə və öhdəliklər:

• Camaşırxananın fəaliyyətinə nəzarət edilməsi, həmin fəaliyyətin müəyyən edilmiş standartlara və təsərrüfat işləri üzrə müdirin təlimatlarına əsasən və ya onun köməyi ilə davam etdirilməsi üçün məsuliyyət daşıyır.
• İşlərin necə icra etmək lazım olduğunu yaxşı bilir və əlaqədar keyfiyyət meyarlarından xəbərdardır.
• Camaşırxananın ardıcıl və problemsiz gündəlik fəaliyyətinin təşkili üçün məsuliyyət daşıyır.
• Bütün növ camaşırların düzgün yuyulması, təmizlənməsi və saxlanması, uyğun yerlərə və ya daha sonra üzərində iş görülməsi məqsədilə lazımi yerlərə göndərilməsi üçün məsuliyyət daşıyır.
• Təsərrüfat işləri üzrə müdirlə inventarizasiya aparır və bu inventarizasiyaya əvvəlcədən hazırlıq görür.
• Camaşırxana inventarını yoxlayır, camaşırxananın fəaliyyətinə mane ola biləcək amillərlə əlaqədar qrup rəhbərinə dərhal xəbər verir.
• Camaşırxananın işinin keyfiyyətli olması məqsədilə materiallardan qənaətlər və ekoloji təmiz üsullarla istifadə edir.
• Təmizlik maddələri üçün məsuliyyət daşıyır, lazım olarsa maliyyətləri və gözlənən iş həcmini nəzərə alaraq həmin maddələrin sifarişini verir, sifarişini yazılı olaraq qrup rəhbərinə təqdim edir.
• Kollektivin yeni üzvlərinə kömək edir, onlara işi öyrədir.
• Camaşırxananın təmizliyi və səliqəsi üçün məsuliyyət daşıyır, təmizlik işlərini təşkil edir və nəzarət altında saxlayır, lazım olarsa bu işlərdə özü də iştirak edir.
• Camaşırxanadakı qurğu və avadanlıqları düzgün (onların işlədilməsinə aid təlimatlara uyğun olaraq) işlədə bilir, camaşırxana işçilərinin də bu qurğu və avadanlıqları necə işlətməsinə nəzarət edir.


Namizədə qarşı tələblər:

• Ali və ya orta ixtisas təhsilli
• Camaşırxana və ya təmizlik sahəsində ən azı 5 illik iş təcrübəsi
• Stress altında işləmə bacarığı
• Kimyəvi maddələrlə işləmə bacarığı

İş Şərtləri:

• İş vaxtı: həftədə 6 gün;
• Əmək haqqı: 700-1000 AZN (müsahibə zamanı təyin olunur)

Maraqlanan namizədlər mövzu yerində “Camaşırxana şöbəsinin müdiri” yazmaqla öz CV-lərini hr@resantgroup.az ünvanına göndərə bilərlər.

***

Hyatt Regency Baku

Təmir üzrə Texnik / Engineer

Requirements:

- Technical or High School, major in mechanics and air-conditioning field
- Deep mechanical and basic electrical knowledge
- Ability to use mechanical tools and electrical instruments
- Ability to identify trouble shooting of mechanical and electrical equipment
- Engineering-hotel-oriented, 2 years prior experience in similar position
- Seeking long-term career with Hyatt
- Willing to work in shifts and flexible to weekly rosters
- Pays attention to details

Job Duties:

-Demonstrates energy, drive, commitment to his duties and responsibilities
-Act in a timely and decisive manner to keep work on track
-Hold self-accountable for his duties and responsibilities
-Work effectively across teams and functions

Interested candidates should send the CV to the following email address: Hyattbaku.jobs@hyatt.com

Only shortlisted candidates will be contacted.

The deadline is July 13.

***

Debet Safety

Vakansiya : Qrafik dizayner

Tələblər:

- Müştərilərdən qələn loqoları müvafiq proqramlarda hazırlanması (Corel Draw, Illustrator, Photoshop,Tajima, Wilcom)
- Loqolarin 1C sisteminə daxil edilməsi
- Şəkillərin çəkilməsi və 1C sisteminə daxil edilməsi
- Müştərilərdən gələn emaillara cavab verilməsi, onlara qiymət təkliflərinin hazırlanması
- Xüsusi geyimlər üçün birkalarin,etiket nişanların, istifadə kitabçalarının hazırlanmasi, çapı və sifarişlərin verilməsi
- Simvolika və yazı sexinə nəzarət, onlar üçün loqoların müvafiq formalarda hazırlanıb verilməsi
- Satiş və marketinq şöbəsindən gələn emaillara cavabın verilmesi
İş təcrübəsi : 1-3 il
- İş rejimi: 5 günlük iş həftəsi, 08.30-dan
17.30-dək
- Nahar, çay, korporativ nömrə, servis xidməti
( səhər və axşam ) şirkət tərəfindən qarşılanır
- İş yeri: Atyalı qəsəbəsi, ( Höküməli dairəsindən sonra )

Əlaqə nömrə :  cv hr@debet.az göndərilsin, subject - Qrafik dizayner

***

Dreamland Baku

Təmizlikçi

Tələblər:

Yaş həddi 25 – 35 yaş (xanımlar və bəylər);
Komandada işləmək bacarığı;
Dil bilgisinə ehtiyac yoxdur;
Təmizlik sahəsində 2 il iş təcrübəsi.

İş haqqında məlumat:

Hər gün stabil olaraq dəhlizlərin, tualetlərin, ofislərin, restoranların və digər ümumi sahələrin təmizlik işlerinin görülməsi;
Hoteldə və ofislərdə təmizlik işlərinin həyata keçirilməsini, o cümlədən döşəməni silib-süpürmək, pəncərə və qapıları yuyub-təmizləmək, şüşələri silmək, stol və avadanlıqların tozunu almaq və s.
Hoteldən bir qonaq ayrıldıqdan sonra qonağın ayrıldığı otağın digər qonaq üçün təmiz bir şəkildə hazırlanması;
Təmizləmə üçün istifadə olunan alət və avadanlıqların istifadədən sonra düzgün şəkildə yığılması və təmizlik qaydalarına uyğun hərəkət edilməsi;
Lazım olacaq təmizlik materiallarını öncədən üst rəhbərdən təmin etmək;
Temizlik üçün nezerde tutulan kimyevi maddələrdən düzgün istifadə edilməlidir.

İş rejimi və qaydası:

Həftədə bir gün istirahət olmaqla, altı günlük iş rejimi;
Uniforma, gigiyena qaydaları və pandemi qaydalarına tam riayət etmək;
Nahar yeməyi şirkət tərəfindən təmin edilir;
AR Əmək Məcəlləsinə uyğun müqavilə bağlanılır.


Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@dreamland.az elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “ Təmizlikçi” qeyd olunmalıdır) göndərə bilərlər.

***

Collezione İtalia” 

Şirkət “Ofis meneceri” vəzifəsinə vakansiya elan edir.


Namizədə dair əsas tələblər:

• Yaş: 21-35 yaş arası;
• Təhsil: Ali və ya orta ixtisas
• Cinsi: Qadın;
• Dil bilikləri: Azərbaycan dili əla, rus dili və ingilis dilini bilməsi üstünlükdür;
• Öyrənmək qabiliyyəti, analitik düşünmə bacarığı, cəld qərar vermək və fəallıq;
• Ünsiyyət qurmaq, səlis mədəni danışıq qabiliyyəti;
• Dəqiqlik, dürüstlük və kollektivdə işləmə bacarığı olmalı;
• Yüksək məsuliyyət, diqqətcil olmaq.

Əsas vəzifə və öhdəliklər:

• Gələn zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək, eləcə də telefonla danışıqları sifariş vermək, ümumi mailə gələn e-maillərin cavablandırılması;
• Şirkətin yenilənmiş telefon siyahısını saxlamaq;
• Ofisə gələn müştərilər və qonaqları qarşılamaq, rəhbərliyə yönləndirmək;
• Qonaqların gəlişi barəsində onları qəbul edəcək şəxsləri məlumatlandırmaq və bütün qonaqlara onların təyinatı ilə bağlı hər hansı gecikmə və ya problem barəsində bildirmək;
• Bütün qonaqlara xüsusi diqqətlə yanaşmaq və onlara yüksək keyfiyyətli xidmət, diqqət və yardımının göstərilməsini təşkil etmək;
• Tələb olunduqda, dövlət orqanlarına rəsmi məktubları göndərmək;
• Şirkətlə bağlı daxil olan informasiyanın qeydə alınması və vaxtında təyinatı üzrə həmin informasiyanın çatdırılması;
• İşlərin prosedur və təlimatlara uyğun təşkil edərək icra etmək;
• Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatların tərtib edərək rəhbərliyə təqdim etməsi;
• Daxil və xaric olan informasiyanın konfedensiallığının qorunması;
• Rəhbərliyin və İR tapşırıqlarını icra etmək;
• Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə müvafiq yönləndirilməsi; Kuryerlə göndərilməsi;
• Bütün elektron sənədlərin düzgün və asanlıqla alınmasını təmin etmək, gündəlik tələb olunan sənədlərin scan olması, electron serverə təsnifatına uyğun yerləşdirilməsi;
• Sənədlərin tamlığına, sənəd dövriyyəsinə nəzarət, düzgün təsnifləşdirilməsi, çeşidlənməsi, qeydə alınması və düzgün arxivləşdirilməsini təmin etmək;

Şərtlər:

• AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
• Həftə ərzində 6 günlük iş qrafiki.
• İş qrafiki: növbəli 10:00-19:00
• Karyera yüksəlişi imkanı mövcuddur.
• Əmək haqqı 400 AZN

Maraqlı namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Ofis meneceri” sözlərini qeyd edərək hr@collezioneitalia.az e-ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

***

Nobel Elektrik

Namizədə tələblər

- Şirkətimiz Servis işçisi üçün aşağıdakı xüsusiyyətlərə malik olan xanım işçi axtarır:

- Ali təhsili olan;
- Minimum 2-3 il iş təcrübəsi olan;
- Kompyuter bilikləri yaxşı səviyyədə olan;
- Məqsədinə çatmaq üçün hərəkətli iş rejimində çalışa biləcək
- Rus və ingilis dillərini bilməli
- Düzgün şifahi nitq qabiliyyəti
- İnsanlarla ünsiyyət qurmaq bacarığı olan və kollektivdə normal münasibət yarada bilən.

CV gondərə bilərsiniz: burak@nobelelektrik.az


İş barədə məlumat

- Servisdə olan qeydiyyat sənədlərini düzgün aparmalı;
- Zamanında müştərilərlə əlaqə yaratmaq;
- Zəmanət və servis xidmətlərinə, ödəmələrinə nəzarət;
- Arxivləmə işlərini etmək.

İş rejimi: Həftənin 6 günüdür.

- İş saatları I-V günlər - 09:00-18:30
- VI gün 09:00-17:00
- İstirahət günü: həftədə bir dəfə - bazar günü
- Nahar şirkət tərəfindən verilir.

***


Badamlı” Mineral sular Satış mərkəzi
Çağrı Mərkəzi Operatoru vakansiyasını açıq elan edir.


Bu 1947-ci ildən Azərbayan mineral sular istehsalında və satışında ilk və lider olan “Badamlı” şirkətinin gənc və dinamik komandasının üzvü olmaq istəyənlər üçün faydalı fürsətdir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, uyğun sahə üzrə təcrübəsi olan bütün namizədləri aktiv şəkildə böyüyən və inkişaf edən komandamıza qoşulmağa dəvət edirik!
Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

Bizim üçün ideal namizəd:

• Ölkənin ilk su markası sayılan Badamlı şirkətinin gənc və dinamik komandasında iş təcrübəsi
• Adekvat əmək haqqı
• Təlim və inkişaf məsələlərində Şirkətin dəstəyi
• Davamlı karyera inkişafı
• Qanunvericiliyə uyğun sənədləşdirmə və bazar günləri istirahət imkanları
• Telefonda ünsiyyət və təqdimat bacarığı
• Fikrini aydın ifadə etmə və səlist danışıq qabiliyyəti
• Stressə davamlılıq və etirazlarlarla işləmə bacarığı
• Yüksək dərəcədə icraya meyillilik və komandada işləmə qabiliyyəti
• Azərbaycan və Rus dillərində səlist danışıq, İngilis dili arzu olunandır

Görəcəyiniz işlər:

• Çağrı Mərkəzinə daxil olan müraciətləri qəbul etmək və müvafiq sistemdə qeydiyyatını aparmaq;
• Müraciətləri aidiyyatı bölmələrə yönəltmək və prosesin gedişatını nəzarətdə saxlamaq;
• Qeydiyyata alınmış müraciətlərin vaxtında həll olunmasını izləmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini etmək;
• Müvafiq çağırı mərkəzi proqramını nəzarətdə saxlamaq;
• İşin gedişatı haqqında rəhbərliyə hesabat vermək

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi
karyera@badamli.az
elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: “Çağrı Mərkəzi Operatoru")

***

Universal Təchizat ASC

Katibə-referent

Tələblər:

- ali təhsil
- 1 il katibə-referent sahəsində iş təcrübəsi
- xanım namizəd, yaş həddi 25 - 30
- xoş xarici görünüş
- Azərbaycan dilində səlis danışmalı
- ofis proqramlarından (Word, Excel, Outlook, İnternet) sərbəst istifadə etməli
- ofis avadanlıqları ilə işləmək bacarığı (printer, scan, faks)
- işgüzar münasibət etikasını bilməli
- işində səliqəli, məsuliyyətli və ünsiyyətcil olmalı
- təşkilatçılıq bacarığı
- sənədləşmə işinin aparılması bacarığı

Vəzifə öhdəlikləri:

- daxil və xaric olan sənədlərin qeydiyyatını aparır;
- telefonlara cavab verir və lazımı ünvanlara istiqamətləndirir;
- rəhbərliyin qonaqlarını qarşılayır;
- rəhbərliyə və qonaqlara çay/kofe/su təqdim edir;
- daxil olan sənədlər və digər məlumatlar barədə rəbərliyi vaxtında məlumatlandırır;
- baxılmaq üçün rəhbərə təqdim edilmiş məktubları qəbul edir, qəbul edilmiş qərara əsasən onları cavab hazırlanması, yaxud iş prosesində istifadə edilməsi üçün struktur bölmələrinə və ya konkret vəzifəli şəxslərə verir;
- kargüzarlığı aparır, kompüter vasitəsilə müxtəlif əməliyyatlar yerinə yetirir;
- rəhbərin tapşırığı ilə məktublar, sorğular və s. sənədlər tərtib edir və məktub müəlliflərinə cavablar hazırlayır;
- qəbula gələnlərin qəbulunu təşkil edir, işçilərin təklif və xahişlərinə vaxtında baxılmasına kömək edir;
- rəhbərin iclas və müşavirələrinin keçirilməsini, iclasların ehtiyac olduqda protokollaşdırılmasını təşkil edir;
- rəhbərin tabeçiliyindəki idarə və bölmələrə onun verdiyi göstərişlərin uçotunu aparır və icra olunmasını nəzarətdə saxlayaraq onların icra vəziyyəti barədə rəhbərə məruzələr edir
- rəhbərin ayrı-ayrı xidməti tapşırıqlarını icra edir.

Namizədlərdən şəkil əlavə olunmuş tərcümeyi halını nigar986@mail.ru ünvanına göndərməyini və elektron məktubun mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını (Katibə-referent) göstərməyini xahiş edirik.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department