Elektromobil istehsalçısı “Rimac” və “Bugatti” birləşirlər
Xorvatiyanın “Rimac” startapı və bütün dünyada tanınan “Bugatti” markası birləşirlər.
ENA.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Bildirildiyi kimi, onlar “Bugatti Rimac” şirkətini yaradırlar. Yeni şirkətə “Rimac”ın qurucusu Mate Rimak rəhbərlik edəcək.
“Bugatti Rimac”da paylar aşağıdakı kimi bölünəcək: “Rimac Group” – 55%, Mate Rimak – 38%, “Porsche” – 24%, “Hyundai” – 12%, digər investorlar – 27%. “Financial Times” qeyd edir ki, “Volkswagen” konserninə məxsus olan “Porsche” markası “Rimac”dakı payını nəzərə alsaq, şirkətdə 58.2% paya sahib olacaq.
Rimakın sözlərinə görə, “növbəti onillikdə” “Bugatti” elektrikli model yaradacaq və hibrid avtomobillər istehsal etməyə davam edəcək. Birləşmələrinə baxmayaraq, markalar bir-birindən ayrı şəkildə mövcud olacaqlar.
Mate Rimak “Rimac” şirkətini 2009-cu ildə qurub. Şirkətin istehsal etdiyi ilk avtomobil modeli “Concept One” olub. 2021-ci ildə “Rimac” yeni “Nevera” modelini təqdim edib.