Qarabağ

Bu il minaya düşən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

2021-ci ilin ötən dövründə minalardan və partlamamış hərbi sursatlardan zərərçəkən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb.

Minalar Əleyhinə Azərbaycan Kampaniyasından bildirilib ki, ümumilikdə bu il ərzində Azərbaycanın 68 vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb. Bunlardan da 21 nəfəri həlak olub.

Bundan başqa, 5 nəfərlə bağlı daxil olan məlumat dəqiqləşdirilir.

Qeyd edək ki, 30 iyun 2021-ci il tarixdə Azərbaycanın Xocavənd rayonunda Rusiya sülhməramlıların nəzarət etdiyi ərazidə Ermənistan ordusunun 3 hərbçisi özlərinin basdırdıqları minanın partlayışına məruz qalıb, nəticədə 1 nəfər ölüb və 2 nəfər yaralanıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)