Xaricə ən çox məhsul satan özəl şirkətin adı açıqlandı
2021-ci ilin yanvar-may ayında qeyri-dövlət ixracatçı subyektlərin ixrac gəlirlərinin həcmi açıqlanıb.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin iyun sayında məlumat verilib.
Siyahıya 57.3 milyon dollar ixrac həcmi ilə “MKT İstehsalat Kommersiya” MMC başçılıq edir. Daha sonra 38.6 milyon dollar ixrac həcmi ilə “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti” gəlir.
Ölkəyə ən çox gəlir gətirən növbəti üç şirkət isə – “P-Aqro” MMC (25.7 milyon dollar), “Sun Food” MMC (17.4 milyon dollar), “Baku Steel Company” MMC-dir (16.2 milyon dollar).