Vakansiyalar

Bu şirkətlər işçi yığır - VAKANSİYALAR

Şirkət: MSDIS Holding
Vakansiyanın adı: Operator (Misəritmə və Kabel sexi)

Vəzifə öhdəlikləri:

- 1x1,5-dən 5x25-ə qədər hər növ kabellərin istehsalı
- Növbə ustasının imzası əsasında növbəni qəbul edir, iş yerini və dəzgahları qaydaya salır;
- Maşının işə hazırlanması prosesini yerinə yetirir;
- Texnoloji təlimat və eskiz xəritəsinin tələblərinə uyğun olaraq növbə tapşırıqlarını yerinə yetirir;
- Hazır məhsul və yarımfabrikatları sahə rəisinə (növbə ustasına) təqdim edir;
- İş yerini, dəzgahları və işlədiyi ərazini təmiz saxlayır;

Tələblər:

- Məsuliyyət, diqqət, öyrənmə qabiliyyəti yüksək;
- Stressə dözümlülük, dürüstlük, komandada işləmə bacarığı.
- Telefon, internet və fiber-optik kabellərin istehsalında ən azı 1 il iş təcrübəsi

İş şəraiti:

- İş qrafiki: 6 günlük
- Əmək haqqı: müsahibə əsasında təyin olunur
- İş yeri: Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1

Əlaqə nömrəsi: 051 201 21 18; 051 201 21 97; 051 201 21 15

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Operator(Kabel sexi)" qeyd edərək cv@msdisholding.az e-ünvanına göndərə bilərlər.

***

Şirkət: NOVCOS MMC

Mağaza: Atelier Rebul

Vəzifə:Mağaza meneceri assistenti (parfümeriya və dəriyə qulluq)

Vəzifə öhdəlikləri:

- Satış heyətinin idarə edilməsi
- İşçilərin iş qrafikinin qurulması və nəzarəti
- Marketinq fəaliyyətlərində əlaqəli şöbələrlə sıx əməkdaşlıq etmək

Tələblər:

- Parfümeriya və dəriyə qulluq məhsullarının satışı sahəsində əlaqəli iş təcrübəsi
- Satış texnikası
- İdarəçilik qabiliyyəti
- Vaxtın idarə edilməsi
- Analitik düşüncəli
- Rus dili biliyi

Əmək şəraiti:

- Əmək haqqı – 650 AZN
- 2 növbədən ibarət olmaqla 8 saatlıq iş qrafiki
- Nahar Şirkət tərəfindən ödənilir
- Sənədləşmə, Əmək məzuniyyəti və s. prosedurlar Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir

Vakansiyaya uyğun olan namizədlər CV-lərini hr@novco.com ünvanına mövzu yerində “Mağaza meneceri assistenti (parfümeriya və dəriyə qulluq)” yazaraq göndərə bilərlər.

***

Seaport Catering

Anbardar

İş haqqında məlumat:

- Anbara mədaxil olan malların fakturalarda göstərilən ceşid və miqdarın dəqiq olaraq qəbul etmək;
- Anbarlara boşalan malların istifadə üçün yararlılığını yoxlamaq və rəhbərliyə məlumat vermək;
- Malların anbarda yığım və düzülüşünü təftiş (audit) üçün nizamlı şəkildə edilməsinə riayət etmək;
- Məsuliyyətində olan bütün anbarların təmiz, səliqli və nizamlı saxlanmasını icra etmək;
- Malların təhlükəsizliyindən cavabdeh daşımaq;
- İş gününün əvvəlində və sonunda stok təftişini etmək, məlumatları müdiriyətə bildirmək;
- Anbarlarda olan malların standartlara uyğun yığım və düzülüş qaydalarına riayət etmək;

Namizədə aid tələblər:

- Bu vəzifə sahibləri müqavilə ilə maddi-məsuliyyətli şəxs olurlar;
- 25-45 yaş arasında kişilər ;
- Ali təhsilli olması;
- Riyazi biliyinin yüksək olması;
- MS Office proqramlarını bilməsi;
- 3 il anbar sahəsində təcrübə olması;
- Komandada işləmə bacarığı;
- Diqqətli və məsuliyyətli olması;
- Nahar və danışıq xərci şirkət tərəfindən təmin edilir
- Əmək haqqı 500 – 700 AZN .

İş yeri: Bakı və regionlar.

Qeyd : Tələblərə uyğun gələn namizədlərdən mövzu yerinə “Anbardar” yazıb info@seaport-catering.az ünvanına CV göndərməsi xahiş olunur.

***

“Bizim Market” 

Kassir

Əgər Siz də pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə, bizə qoşula bilərsiniz.

Namizədə olan tələblər

• Dürüstlük, dəqiqlik və məsuliyyətlilik;
• Ünsiyyətcil, gülərüz və müştərilərlə xoş ünsiyyət qurmaq bacarığı;
• Riyazi bilik.

Vəzifə üzrə tələblər

• Müştərilərə etiket qaydalarına uyğun yüksək keyfiyyətli xidmət göstərmək;
• Müştərilərdən nəğd ödənişləri qəbul etmək və pos-terminal vasitəsilə qeyri-nəğd ödənişləri həyata keçirmək;
• Günün yekun hesabatını aparmaq, təhvil veriləcək pulun mühafizəsini təmin etmək, pulu və POS-terminal çeklərini aidiyyatı üzrə təhvil vermək.

İş şəraiti

• 6 günlük növbəli iş qrafiki;
• Şirkət hesabına nahar;
• Şirkət daxili təlim və inkişaf imkanları;
• Əmək haqqı 376 manat (gross);
• Ayna Sultanova, İnşaatçılar, Günəşli, Əhmədli ərazilərində işləyə bilənlərə üstünlük veriləcək.

Vakansiyaya müraciət üçün CV-ləri “Kassir” mövzusu ilə hr@bizimmarket.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

***

Seaport Catering

Baş aşbaz

Vəzifə öhdəlikləri :

- Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək.
- Lazım olan ərzağın miqdarını və dəyərini hesablamaq və tələb olunan standarta cavab verməsinə nəzarət etmək.
- Sanitariya qaydalarına yüksək səviyyədə riayət etmək və mətbəxdə çalışan işçilərin standartlara riayət etdiyinə əmin olmaq məqsədilə təchiz edilən ərzağı, istifadə olunan avadanlıqları və mətbəxi daima təftiş etmək.
- Aşpazları və mətbəxdə çalışan digər işçiləri daima təlimatlandırmaq, yemək hazırlamaq sahəsində olan yenilikləri və həmçinin yeni avadanlıqlardan istifadə qaydalarını onlara nümayiş etdirmək.
- Digər işçilərlə birlikdə ilin fəslindən və tələb olunan ədvəların mövcudluğundan asılı olaraq resept və menyu hazırlamaq..
- Müvafiq ərzaq sifariş etmək
- Komanda şəklində özündən yuxarı vəzifədə olan idarəedici və digər həmkarları ilə yaxından əməkdaşlıq etmək;
- Yeməklərin vaxtında hazır olmasını və gecikmədən mətbəxdən çıxmasını təmin etmək.

Namizəddən tələblər:

- Kişi namizəd ;
- Yaş : 30-55;
- Catering sistemində baş aşpaz kimi 5 il iş təcrübəsi;
- Müvafiq sahə üzrə peşə təhsili;
- Bu sahə üzrə yeniliklər barədə məlumatlı olmaq və müvafiq olduğu halda yeni üsulları iş prosesində tətbiq etməli;
- Milli mətbəx və Türk mətbəxi peşəkar səviyyədə bilməli;
- Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərini və şərtlərini bilməli;
- Məhsullardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri bilməli;
- İş saatlarında çevik olmalı, gərgin iş qrafikində dəqiq və səmərəli işləməli;
- Səliqəli görkəmə və gigiyenik təmizliyə riayət etməli;
- Həftəlik menyunu tərtib etmək, mətbəxdə çalışan işçiləri idarə etmək və iş bölgüsü aparmaq;

İş şəraiti:

• Nahar şirkət tərəfindən təmin edilir;
• Əmək haqqı : 800-1000 AZN

Qeyd : Tələblərə uyğun gələn namizədlərdən mövzu yerinə “Baş aşbaz” yazıb info@seaport-catering.az ünvanına CV göndərməsi xahiş olunur.

***

Santral Elektrik LTD -

Vəzifə: Kassir

Vəzifə öhdəlikləri:

• Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini, o cümlədən kredit ödənişlərini qəbul etmək
• Ödənilən vəsaitləri yoxlamaq və düzgün qaydada əməliyyatı həyata keçirmək
• Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib etmək
• Kassadan keçən bütün pul vəsaitləri, sənədləri və qiymətləri izləyir, nəzarətdə saxlaymaq və hesabatını aparmaq
• Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin etmək
• Müştərilərin suallarını dinləmək, səlahiyyəti çərçivəsində cavablandırmaq və ya aidiyyatı üzrə yönəltmək
• Yaranan problemlərlə bağlı mağaza rəhbərliyinə müraciət etmək

Namizəd üçün tələblər:

• İqtisadi təhsil (arzuolunandır)
• 20-35 yaş
• Xarici dil bilikləri: Rus dili (arzuolunandır)
• Kassir kimi ən azı 1 il təcrübə
• Komandada işləmək bacarığı
• Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilmək
• 1C, Microsoft Office programları (arzuolunandır)

- İş qrafiki: Növbəli (2 gün iş 2 gün ev (ayda 15 gün iş))
- İş saatı: 09:00-dan 20:00-dək
- Əmək haqqı: 400 AZN + motivasiya alətləri;
- Şirkət tərəfindən nahar.

CV-lərinizi cv@santral.az ünvanına "Kassir" başlığı ilə göndərməyiniz xahiş olunur.

***

“Atmosphere Lounge & Restaurant”-ı “Qeydiyyatçı” (Hostess) vəzifəsinə vakansiya elan edir.
İşin adı: “Qeydiyyatçı” (Hostess)

Vəzifə və öhdəliklər:

• Müştəriyə yüksək səviyyədə xidmət göstərmək;
• Gələn zəngləri cavablandırmaq eləcə də, telefonda rezervasiyaları götürmək;
• Menyu barədə xəbərdar olmaq;
• Restoran barədə məlumatlı olmaq;
• Müştəri suallarını vaxtında və mehriban formada cavablandırmaq;
• Xidmət və mətbəx işçilər ilə birgə işləmək;
• Müştərilərin rezervlərini qeydə almaq;
• Menyu barədə müştərilərə məlumat vermək;
• Rezerv vaxtlarını və günlərini dəqiq qeyd etmək.

Tələblər

• Müvafiq pozisiyada ən azı 3-4 il iş təcrübəsi;
• Yüksək səviyyədə xidmət və təşkilatçılıq bacarığı;
• Xoş görünüş;
• Azərbaycan və rus dillərində danışıq bacarığı;
• Yüksək ünsiyyət bacarığı;
• Xanım namizədlərə üstünlük veriləcək.

Əmək haqqı: 500-600 AZN+ bonus+tips

İş qrafiki: 6 günlük iş qrafiki
İş saatı: 10:00-19:00

Təminatlar:

• Həftədə 1 günü istirahət
• Nahar şirkət tərəfindən təmin edilir
• AR Əmək Məcəlləsinə uyğun işə qəbul

Ünvan: Bakı şəhəri, m/s Elmlər Akademsiyasının çıxışı, Z.Xəlilov 25a. Namizədlərdən öz şəkilli CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla hr@atmosphere.az elektron ünvanına göndərmələri xahiş olunur.

***

Super Toys

Vəzifə: Satıcı

Vəzifə öhdəlikləri:

• Məhsul seçimində müştəriyə kömək etmək və çeşidləri təqdim etmək
• Məhsulları təmiz və səliqəli şəkildə vitrinə yığılması, qiymət etiketlərinə, bölmələrə nəzarət
• Mağazaya daxil olan məhsulların qəbulunda iştirak etmək, satışa hazırlamaq
• Satış texnikasının üslublarından effektiv istifadə etmək
• Müştəri məmnuniyyətinin təmin etmək

Namizəd üçün tələblər:

• Orta təhsil
• 20-35 yaş arası xanım və bəylər
• Xarici dil bilikləri: Rus dili (sərbəst), İngilis dili (orta)
• Satışda ən azı 1 il təcrübə
• Komandada işləmək bacarığı
• Satış prinsipləri, müştəri xidməti standartları barədə biliklər
• Pozitiv, müştəriyönümlü, ünsiyyətcil, intizamlı, nitq mədəniyyəti, yüksək təqdimat bacarığı, şəxsi inkişafa meylli, nəticə üçün işləmək bacarığı

Şirkət təklif edir:

• Əmək haqqı 350 AZN + bonus
• Növbəli iş qrafiki ilə altı günlük iş həftəsi
• Peşəkar böyümə və inkişaf
• Əmək məcəlləsinə uyğun sənədləşmə

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini hr@supertoys.az elektron ünvanına, mövzu hissəsində vəzifənin adı “Satıcı” qeyd olunmaqla, göndərə bilərlər.

***

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department