Elm və Texnologiya

“Instagram” istifadəçiləri paylaşımları kompüterdən edə biləcəklər

“Instagram” sosial şəbəkəsi paylaşımları kompüter vasitəsilə etməyə imkan verən yeni funksiyanı sınaqdan keçirir. Banker.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə “Facebook”un mətbuat katibi Kristin Pay məlumat verib.

“Biz bir çox insanın “Instagram”a kompüterdən daxil olduğunu bilirik. Bu prosesi təkmilləşdirmək üçün brauzer vasitəsilə lentə paylaşım əlavə etmək imkanını nəzərdən keçiririk”, – “Facebook”un nümayəndəsi söyləyib.

“Bloomberg” agentliyinin sorğuladığı mütəxəssislərin fikrincə, bu, genişmiqyaslı inkişaf planının bir hissəsidir.

Xatırladaq ki, ötən ilin yayında “Instagram” şəbəkəsi “TikTok”un analoqu olan “Reels” xidmətini işə salıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)